Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müstəqil Azərbaycan dövlətinin gələcəyi gənclərdir!

Tarix:2-02-2019, 17:04

Müstəqil Azərbaycan dövlətinin gələcəyi gənclərdir!


Prezident İlham Əliyev: “Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdır ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını onlar layiqincə qoruya bilsinlər”

Fevralın 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər. Belə ki, Ulu Öndərin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gəncliyi Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun elmin, təhsilin inkişafına, ölkəmizin siyasi-iqtisadi yüksəlişinə, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.

"Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir"

Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində vurğuladığı kimi, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. “Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”, deyə vurğulayan dövlət başçımız həminin qeyd edib ki, gənclərimiz qeyd edilənlərlə yanaşı, eyni zamanda təhsilə də böyük fikir verməlidirlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır.

Onu da qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək, habelə gənclərimizin milli vətənpərvərlik ruhunda inkişaf etdirilməsi məqsədilə də böyük işlər görülür. Ümumiyyətlə, ötən müddət ərzində qəbul edilən qərarlar və həyata keçirilən işlər də belə deməyə zəmin yaradır.

Dövlətimizin başçısı 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə dövlətimizin başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. 2011-ci il aprelin 6-da isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalandı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həlli idi ki, bütün bunlar Dövlət Proqramı nəticəsində reallaşdırıldı və bu gün də həmin siyasət davam etdirilməkdədir.

Cənab İlham Əliyev gənclərimizin milli ruhda tərbiyə alınması istiqamətinə çox həssas yanaşır və o, gənclərlə görüşündə bu fikirlərini bir daha vurğulayıb: “Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdır ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını onlar layiqincə qoruya bilsinlər”.

O cümlədən, “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir”, deyə qeyd edən dövlətimizin başçısı həmçinin bildirib: “Biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı işğalçılardan azad edək”

“Mənim tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər"

Söz yox ki, Azərbaycan gəncliyinin fəaliyyəti və əldə etdiyi nailiyyətləri əsasında dayanan daha bir önəmli hadisə könüllülər hərəkatının yaradılması və inkişaf etdirilməsidir. İlham Əliyev cənabları bu xüsusda vurğulayıb: “Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, cəmiyyətdə yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır”.

Habelə, dövlət qurum və təşkilatlarında gənclərimizin önə çəkilməsi reallığı da artıq öz təsdiqini tapır. Çünki gənc, intellektual insanların dövlət quruculuğu prosesindəki töhfələri cəmiyyətə öz səmərələrini verməkdədir: “Mənim tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm onların məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır”.

Ümumiyyətlə, Prezident İlham Əliyevin bütövlükdə dövlətçiliyimizin, müstəqilliyimizin maraqlarının bütün maraqlardan üstün tutulması ətrafında irəli sürdüyü tezislər gənclərimiz tərəfindən alqışlanır və dəstəklənir. Dövlət başçımızın tövsiyələrindən biri də məhz bu istiqamətdədir: “Bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır”.

Beləliklə, tam əminliklə qeyd edə bilərik ki, inkişaf edən Azərbaycan dövləti müstəqilliyini güclü və inkişaflı gəncliyə həvalə edir. bu baxımdan, Prezident İlham Əliyev gənclərlə görüşündə bildirib: “Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra edilir və bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır...

...Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq və bu sahədə əlbəttə ki, gənclər bizim üçün ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar”.

“Azərbaycanda sosial problemlərin həllinə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır"

Prezident ilham Əliyevin vurğuladığı daha bir məqam ölkəmizdə sabitliyin qorunması, dünya ən sabit ölkələrdən biri olaraq qiymətləndirilməsidir. “Ölkəmizdə daxili vəziyyət sabitdir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir”, deyə vurğulayan dövlətimizin başçısı eyni zamanda, sosial problemlərin də ardıcıl surətdə aradan qaldırılması barədə deyib: “Azərbaycanda sosial problemlərin həllinə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə evlər tikilib və tikiləcəkdir”.

Ümumiyyətlə, əldə edilən hər bur uğur, hər bir nailiyyət eyni zamanda, Azərbaycanın xarici siyasətində də özünü göstərir. Belə ki, dövlət başçımız bu barədə də danışarkən deyib ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır.

Əlbəttə ki, sürətli inkişaf həm də iqtisadi strategiyanın uğurla müəyyənləşdirilməsi amilindən də qaynaqlanır ki, Azərbaycanın iqtisadi yüksəlişi belə deməyə tam əminlik yaradır. Prezident İlham Əliyev bildirib: “Ölkə qarşısında duran məsələlərdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır…Biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik, biz inkişafı dayanıqlı etməliyik”.

"Biz bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir”

Bəli, Azərbaycan dövləti düzgün yoldadır və müstəqilliyimizin 25 ili də bu reallığı təsdiq etməkdədir. “Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq. Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik;

Biz düzgün yoldayıq. Çünki biz bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir”, deyə dövlət rəhbərimiz gənclərlə görüşündə bildirib.

Bütün bunlar isə, Azərbaycan gəncliyinin sabaha inamla baxmasına əsas verir. Bu təşəbbüslər və təşkilatlanmalar təbii ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı demokratik mühitin konkret nəticələridir. İndi əsas amalımız bu günə kimi formalaşmış gənclər ordusunu inamla gələcəyə doğru aparmaqdır. Şübhəsiz ki, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyinin İlham Əliyev kimi Prezidenti və səmimi dostu var!

Beləliklə, Prezident İlham Əliyevin gənclərlə görüşü əsnasında vurğuladığı hər bir fakir, hər bir tezis gənc nəsil tərəfindən yüksək şəkldə qəbul olunur və irəli sürülən tövsiyələrin icrası, həyata keçirilməsi üçün gənclərin daim hazır olduqlarını əməli fəaliyyətləri ilə sübut edirlər. Çünki gənclər müstəqil və qüdrətli Azərbaycanımızın gələcəyidirlər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib