Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalına müsahibəsində Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ-yə qarşı mübarizədə ona dəstək olan ölkələrdən bəhs edib. Türkiyə Prezidenti ötən ay FETÖ-nün Azərbaycandakı məsul şəxsi, keçmiş “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E-nin ölkəyə təhvil verildiyini xatırladaraq Prezident İlham Əliyevə təşəkkür edib.
“Dünyadakı bir çox ölkə FETÖ-nün lider mövqeyindəki adamlarını bizə təhvil verməyə başlayıb. Məsələn, Azərbaycanda, sağ olsun qardaşım İlham Əliyev onu bizə təhvil verdi”, deyə Ərdoğan bildirib.