Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunda İrana səfər edəcək. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Bakıda keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Onun sözlərinə görə, nazirin səfəri çərçivəsində keçirəcəyi görüşlərdə bir sıra mühüm məsələlər, həmçinin ikitərəfli münasibətlər müzakirə olunacaq.
Səfir, eyni zamanda qeyd edib ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Novruz bayramından sonra üçtərəfli görüşü baş tutacaq.