Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Estoniyanın xarici işlər naziri: Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Tarix:22-02-2019, 13:24

Estoniyanın xarici işlər naziri: Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir


Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir.

Nazir qeyd edib ki, Azərbaycan və Estoniya iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir:

“Biz hələ də əməkdaşlıq üçün imkanların öyrənilməsi mərhələsindəyik. Ölkə hökumətləri müntəzəm olaraq ticarət və investisiyalara kömək məqsədilə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün hökumətlərarası komissiyanın iclaslarını keçirir. Estoniya Azərbaycanla nəqliyyat və logistika sahəsində əməkdaşlıqdan maraqlıdır. Çünki ölkənin mövqeyi sürətlə inkişaf edən “Şimal-Cənub” tranzit dəhlizinin regional qovşaqlarından birinə çevrilməyə imkan yaradır”.

S.Mikser vurğulayıb ki, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıqda qarşılıqlı maraq kəsb edir:

“Tərəflər energetika, qida məhsullarının emalı və istehsalı kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib və biz ümid edirik ki, bu əlaqələr tərəfdaşlıq münasibətlərinə çevriləcək”.

Estoniyalı nazir bildirib ki, iki ölkə İKT və təhsil sahələrində də sıx əməkdaşlıq edir və dövlətlərin iqtisadi münasibətlərin inkişafı və ticarət dövriyyəsinin artırılması üzrə böyük potensialı var:

“Estoniyanın “Germalo” turizm agentliyi Azərbaycana müntəzəm turlar təşkil edir. İki ölkə arasında turizm axını arta bilər. Son bir neçə il ərzində Azərbaycan vətəndaşlarına verilən Estoniya vizalarının sayı eyni səviyyədə qalıb. Əminəm ki, insanlar arasında əlaqələrin çoxalması, eləcə də mədəni və işgüzar əlaqələr turist sayının artmasına kömək edəcək”.

Siyasi münasibətlərdən danışan S.Mikser qeyd edib ki, Estoniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər stabildir:

“Son illərdə biz siyasi əməkdaşlığın möhkəmlənməsində irəliləyişə nail olmuşuq. Biz parlamentlərimiz arasında yaxşı əlaqələri məmnunluqla qeyd edirik. Vitse-spikerimiz 2018-ci ilin oktyabrında Bakıya səfər edib. Estoniya hökuməti “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı qiymətləndirir və Avropa İttifaqında bu təşəbbüsü fəal təşviq edir. Aİ Azərbaycanın vacib tərəfdaşıdır və biz Aİ-Azərbaycan münasibətlərində müsbət dinamikanı alqışlayırıq. Aİ və Azərbaycan hazırda əməkdaşlığın daha dərinləşdirilməsi üçün yeni çərçivə sazişi barədə danışıqlar aparır. Təbii ki, siyasi dialoqun intensivləşməsi və əməkdaşlıq sahələrinin şaxələndirilməsinə maraq mövcuddur”.

Estoniyalı nazir, həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq barədə danışıb:

“İki ölkənin universitetləri arasında yaxşı əməkdaşlıq təşkil edilib və bir çox tələbə ölkələrimizdə təhsil almaq imkanı əldə edib. Tələbə mübadiləsi ölkələrimiz arasında dostluğun inkişaf edə biləcəyi möhkəm bazadır. Mən çox şadam ki, Estoniyanın incəsənət nümayəndələri eston mədəniyyətini Azərbaycanda təqdim etmək imkanı qazanıb. Eyni zamanda, son 20 il ərzində Şimali Avropanın ən iri kinofestivallarından hesab olunan “Qaranlıq gecələr” Tallin kinofestivalında dəfələrlə Azərbaycan filmləri nümayiş etdirilib”.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib