Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dövlət Komitəsinin sədri Gürcüstanın Baş naziri və parlamentin vitse-spikeri ilə görüşüb

Tarix:3-04-2019, 16:07

Dövlət Komitəsinin sədri Gürcüstanın Baş naziri və parlamentin vitse-spikeri ilə görüşüb

Aprelin 2-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Yüksək səviyyədə və səmimi atmosfer şəraitində keçən görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub.

M.Baxtadze bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir.

Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə Diasporla İş üzrə Dövlət Komitəsi ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.

Elə həmin gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.

Azərbaycan nümayəndə heyətini salamlayan Z.Dziquri Azərbaycanla Gürcüstanın strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Gürcüstan parlamentinin Diaspora və Qafqaz məsələləri üzrə komitəsinin rəhbəri Beka Odişariya, Gürcüstan parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev və Azər Süleymanov iştirak ediblər.

Azərbaycan tərəfini isə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər təmsil ediblər.

F.Muradov Dövlət Komitəsi sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığıni və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini bildirib. F.Muradov qeyd edib ki, bu mərkəz Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası baxımından Azərbaycan dövlətinin töhfəsi olacaq. Dövlət Komitəsinin sədri qeyd edib ki, gürcüstanlı azərbaycanlıların pedaqoji, dini təhsil almaları məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycanda kvotalar ayrılıb.

Eyni zamanda F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını nəzərə çatdırıb.

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini xatırladan Z.Dziquri erməni mətbuatının bu səfərin əleyhinə yazılar dərc etdiyini xüsusilə vurğulayıb.

Beka Odişariya isə bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni komandasının fəaliyyətini, həyata keçirdiyi layihələri diqqətlə izləyir və azərbaycanlı həmkarlarının ideyalarından bəhrələnməyi düşünür.

Görüşdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov və Mahir Dərziyev də çıxış ediblər.

Azər Süleymanov erməni separatçısına Gürcüstanda heykəl qoyulmasının ikitərəfli münasibətlərə kölgə salacağını bildirib.

Mahir Dərziyev isə Azərbaycanda "Soydaş haqqında" qanunun qəbul edilməsinin, Gürcüstanda Azərbaycan, Azərbaycanda gürcü mədəniyyətlərinin tanıdılmasının vacib olduğunu vurğulayıb.

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib