Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

Tarix:7-06-2019, 16:08

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

18 iyun “İnsan Hüquqları Günü” ilə əlaqədar elan olunmuş “İnsan Hüquqları Aylığı” (18 may-18 iyun) çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Binəqədi rayonunda əmək hüquqlarına dair maarifləndirmə tədbiri keçirib.

“İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusuna həsr olunan tədbirdə həmin rayonda və Abşeron rayonunda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı müəssisələrdə çalışan işçilər iştirak edib. Əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə iştirakçılara məlumatlar verilib, sualları cavablandırılıb. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, işçilərin qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən də istifadə etmək hüququ vardır.

Həmçinin istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir