Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uğurlu sosial inkişaf strategiyası

Tarix:2-07-2019, 18:14

Uğurlu sosial inkişaf strategiyası

Prezident İlham Əliyevin son islahatları və qərarları tərəqqiyə və vətəndaşların rifahının yüksəlməsinə xidmət edir

Əvəlki illərdə olduğu kimi, 2019-cu ilin altı ayı uğurlu və mühüm hadisələrlə əlamətdar oldu. Belə ki, Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü və regionların inkişafına dair üçüncü Dövlət Proqramının yekunlarına həsr olunan konfrans, ardıcıl sosial paketlərin həyata keçirilməsi, bir daha göstərdi ki, ölkədə sosial və iqtisadi sahələrdə təkmil və nümunəvi dövlət siyasəti həyata keçirilir.
Son günlər ölkənin siyasi, sosial-iqtisadi və ictimai həyatında baş verən mühüm hadisələr, bunu deməyə tam əsas verir ki, Azərbaycan 2019-cu ilə uğurlu start verib və uğurla da başa vuracaq.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar Azərbaycana, ilk növbədə, "dünyada ən islahatçı" ölkə imicini qazandırıb. Azərbaycan müstəqilliyi dövründə dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb. Struktur islahatları ilə bağlı atılan addımlar, bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var və bu siyasət bundan sonra da davam etdiriləcək.
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. Elə dövlət başçısının müvafiq fərmanları ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi də, ölkə Prezidentinin növbəti humanist təşəbbüsü kimi qiymətləndirilir. Yanvarın 28-də Prezident İlham Əliyevin və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşləri də, bir daha təsdiqlədi ki, dövlət başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və qazi olmuş şəxslərə hər zaman diqqət və qayğı göstərir. Bunu həm də indiyədək bu kateqoriyadan olan insanlara verilən mənzillər, avtomobillər və müxtəlif sahələr üzrə tətbiq edilən güzəştlər də təsdiqləyir.

Böyük zəfərlərə imza atılacaq qürurverici inkişaf

Məhz Azərbaycanın uğurlu inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi prioritetdir. Belə ki, zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev dövlət proqramlarının qəbul edilməsi ilə bağlı imzaladığı Sərəncamla həm də Ulu Öndər Heydər Əliyevin ideyalarını, arzularını və görmək istədiklərini həyata keçirdi.
Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial-iaşə obyektlərinin, istərsə də, digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir.

Dövlət proqramları - faktlara söykənən reallıqlar...

Qeyd edək ki, 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramın icra edildiyi müddətdə ölkənin bütün regionlarını əhatə etməklə, 20 mindən artıq yeni müəssisə yaradıldı. ÜDM-in real həcmi 2,6 dəfə artaraq, 38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi isə, 5 dəfə artaraq, 4440 manat təşkil etdi. Bu dövrdə qeyri-neft sektoru 1,8 dəfə artdı. Sənayedə 2,5, kənd təsərrüfatında isə, 25,2 faiz artım qeydə alındı. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri də 4 dəfə artdı. Bu müddətdə ölkə üzrə 750 mindən artıq yeni iş yeri açıldı ki, bu da Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədin reallaşması idi. Yeni iş yerləri, öz növbəsində, yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynadı. 2003-cü ildə ölkə əhalisinin təxminən 44,7 faizi yoxsulluq şəraitində yaşayırdısa, artıq 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunurdu. Xatırladaq ki, həmin dövrdə Prezident İlham Əliyev şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair, əlavə olaraq, 17 Sərəncam imzalamışdı.
2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı ölkənin sosial-iqtisadi nailiyyətlərini daha da artırdı. Azərbaycanda qeyri-neft sektoru 2,6 dəfə artdı, valyuta ehtiyatları çoxaldı, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə çoxaldı. Bu illərdə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artdı. Yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşdü. Bu dövrdə 1,2 milyondan çox yeni, o cümlədən, 900 min daimi iş yeri açıldı, 55,6 min yeni müəssisə yaradıldı.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası da uğurla yekunlaşdı. Amma biz bu proqramın nəticələrini ötən 15 ilin nümunəsində nəzərdən keçiririk. Ona görə ki, hər üç Dövlət Proqramı bir-birinin məntiqi davamıdır. 15 ilin sosial-iqtisadi yekunları isə, həqiqətən, qürurvericidir. Dövlət başçısı Prezidentin müşavirədə səsləndirdiyi rəqəmlər ötən 15 ilin real inkişaf mənzərəsidir. Bu dövrdə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə artıb. Dünyada, qısa müddətdə, belə inkişaf göstəricilərinə nail olmuş dövlət göstərmək, yəqin ki, mümkün deyil.
Təbii ki, bu dövrün sosial uğurlarının statistikası da təqdirəlayiqdir. 2 milyon iş yeri açılması, maaşların 7, pensiyaların 9 dəfə artması, işsizliyin 5 faizə düşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan sosial nailiyyətlərdir. Məhz belə uğurlar Cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbə qazanmasını təmin etdi.
Göründüyü kimi, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Məhz Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı Fərman növbəti uğurlara atılacaq addımdır.
Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və əldə olunan nailiyyətlər də bunu təsdiqləyir.
Bütün bunlar isə, xalqımız, dövlətimiz və Vətənimiz üçündür. Yəni görülən bütün işlər bizi qələbəyə və parlaq işıqlı gələcəyə aparır. Əminliklə deyə bilərik ki, bu proqram regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq və Azərbaycan ölkə Prezidenti İlham Əliyevlə hələ çox böyük zəfərlərə imza atacaq.

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib