Latviya hökuməti Azərbaycan, Niderland və NATO-dakı yeni səfirlərinin adlarını açıqlayıb.
Latviyanın ölkəmizdəki yeni səfiri Daynis Qarançs olacaq. O, bu postda 2015-ci ildən bəri fəaliyyət göstərən Yuri Maklakovsu əvəz edəcək.
Daynis Qarançs indiyədək Ukrayna, Özbəkistan, Polşa, Qazaxstan və İsveçdə ölkəsini təmsil edib.
Latviyanın Niderlanddakı səfiri isə Ayqa Liepinya, NATO-dakı daimi nümayəndəsi Edqars Skuya olacaq. Hər üç diplomata Latviya Prezidentinin etimadnaməsi təqdim olunub.