
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaranmasının bünövrəsi qoyuldu. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələr Günü kimi Bayram edilir. Bütün Respublikamızda olduğu kimi Abşeron rayonunun müəssisə və təşkilatlarında , o cümlədən Xırdalan şəhər 24 saylı körpələr evi uşaq bağcasında da bu gün xususi ilə qeyd olunub. Bağça fəaliyyət göstərdiyi gündən Silahlı Qüvvələr gününü özünəməxsus tərzdə bayram edib. Səhər fəaliyyəti zamanı bağçanın bütün uşaqlarına bu günün mənası,əhəmiyyəti haqqında məlumat verilbr. Uşaqlar da öz növbəsində onları maraqlandıran suallar verib vəcavablarla tanış olublar. Sonra bağçanın körpə fidanları və pedoqoji kollektivi Xırdalan şəhərindəki Şəhidlər abidəsinə yollanıblar. Abidənin önöndə hər il olduğu kimi bu il də Azərbaycan Dövlət himni uşaqların və müəllimlərin müşayəti ilə səsləndirilib. Abidə önünə qərənfil qoyan uşaqlara Milli Qəhramanlar haqqında da məlumat verilib .Bu il Abşeron rayon Saray qəsəbəsində açılşı olan Şəhidlər xiyabanın ziyarət etmək üçün bağçanın kollektivi və uşaqları saray qəsəbəsinə yollanıblar.Şəhid məzarlarına qərənfillər düzən uşaqlar şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad ediblər. Körpə fidanlar bu günki bayram tədbirindən çox böyük təsuratlarla geriyə Xırdalan şəhər 24 saylı baqğçaya dönüblər.Tədbirin sonunda uşaqlara və pedoqoji heyətə minnətdarlığını bildirən bağçanın müdiri L .Bayramova məktəbəqədər təhsil müəssisəsi adından Azərbaycan Silahlı Qüvvələrini təbti edərək bildirib ki,Azərbaycan vətəndaşları Milli Ordumuzla fəxr edir.Biz hamımız Ordumuzun gücünə qüdrətinə inanırıq . Inanırıq ki canlarından, qanlarından vətən uğrunda keçən şəhidlərin qanı yerdə qalmayacaq. Tanrı bütün əsgərlərimizi qorusun !
Yazar: Tural Kazımlı