Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mehdiabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Tarix:22-11-2016, 14:02

Mehdiabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib


"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası, habelə respublikada elan olunmuş "Uşaq hüquqları aylığı"nın keçirilməsi ilə bağlı noyabrın 22-də Abşeron RİH-in və Abşeron RTŞ-nın təşəbbüsü ilə Mehdiabad qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbdə tədbir keçirilib.

Toplantıda Abşeron rayon təhsil şöbəsinin əməkdaşı Şahnəzər Dadaşov, "Abşeron təhsili" və "Xırdalan qəzetinin baş redaktoru Anar Nağıyev, "Absheronxeber.az" saytının rəhbəri Şamo Əliyev, məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak ediblər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən məktəbin direktoru Elnurə Cavazdazə “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirən məktəbin direktoru Ə. Cavadzadə fondun prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki müstəsna xidmətlərini diqqətə çatdırıb.

Aylıq cərcivəsində kecirilən tədbirdə erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması" və "Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması, hər bir uşağın, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların - sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan,miqrant ailələrindəki uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunması mövzusunda məktəbin şagirdlərinin hazırladıqları səhnəciklər nümayiş olunub.

Toplantıda həmçinin dövlət uşaq siyasətini əks etdirən video çarxın nümayişi olunub.

Tədbirdə çıxış edən Abşeron RTŞ-nın əməkdaşı Şahnazar Dadaşov bildirib ki, BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”na və “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Abşeronda da uşaqların hüquqları qorunur, gənc nəslin sosial müdafiəsi və təhlükəsizliyini təmin olunması üçün bütün tədbirlər görülür və onların yaradıcı qabiliyyətlərinin üzə çıxarılması və inkişafından ötrü əlverişli şərait yaradılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şamo Əliyev

Mehdiabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Mehdiabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Mehdiabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib