Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Tarix:21-02-2017, 19:08

Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısındaböyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır"
Heydər Əliyev

Azərbaycan Respublikasının doqquz milyonluq əhalisinin (2010) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Hazırda yer üzündə Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər.
Dili xalq yaradır. Lakin onun yaşayıb nəsildən – nəslə ötürülməsi görkəmli şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının hesabına başa gəlir. Dilin durmadan zənginləşməsi onun statusundan, işlənmə arealından çox asılıdır. Azərbaycan dilinin yazısı XIII əsrdə formalaşmağa və ədəbi ümumoğuz ənənələri dilindən ayrılmağa başlamışdı. Həmin proses əsasən XV- XVI əsrlərdə başa çatmışdı. Bu dövr Azərbaycan dilinin çiçəklənmə dövrü sayılır. Çünki Nəsimi, Xətai, Füzuli kimi klassik şairlər bu dildə yazıb yaradırdılar.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Bu gün Xırdalan şəhər 9 saylı tam orta məktəbdə "Ana dili" adlı tədbir keçirildi. Azərbaycan dövlət himni ilə başlanan tədbirdə rayon ictimayyət nümayəndələri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagird kolektivi iştirak edirdilər.
Məktəbin müəllimləri Gülnar Abbasova, Esmira Əliyeva və Səlimə Hüseynovanın təşkilatçılığı ilə hazırır olan tədbirdə məktəbin şagirdləri öz məharətlərini göstərdilər.
Xırdalan şəhər 9 saylı tam orta məktəbin direktoru Həcər İbrahimova giriş sözü ilə tədbiri açaraq qonaqlar, müəllim və şagirdləri "Beynəlxalq Ana Dili" günü münasibətilə təbrik etdi. Direktor vurğuladı ki, dünya dilləri sırasında Azərbaycan dili özünəməxsus yer tutmaqdadır. Dilimiz mənəvi sərvətimizdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.Ümummilli lider Heydər Əliyev doğma dilimizi çox gözəl səciyyələndirmişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları təqdirəlayiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”
Ana dili! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud – ana öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edir. Azərbaycanın böyük tarixi simalarından biri, şair və sərkərdə Şah İsmayıl Xətainin dilimiz haqqında sözlərini xatırlatmaq yerinə düşərdi. O demişdir: - Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin!
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Dil insan kamilliyinin açarıdır. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Müstəqillik yoluna qədəm qoymuş bütün ölkələrdə dil problemi həmişə aktuallıq kəsb etmişdir. Azərbaycan Respublikası da müstəqilliyini elan etdiyi ilk günlərdən həm ictimaiyyət, həm də dövlət tərəfindən dil məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimizin rəsmi şəkildə dövlət dilinə malik olmasına şərait yarandı. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutdu. Orada (21-ci maddədə) göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Müstəqilliyimizin bərpasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni imkanlar yaratdı və latın qrafukalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. 1991-ci ildən etibarən tədricən latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi ölkəmizdə 2001-ci ilin avqust ayında bütünlüklə təmin edildi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyası həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alan ulu öndərimiz Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərman imzaladı. Fərmanda hər il avqustun 1-nin Azərbaycan Respublikasınında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınmışdır.
Müstəqilliyimizin sonrakı illərində ümummilli liderimiz H.Əliyev 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Dövlət dilinin tətbiqi işinin əməli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə 30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikasında “Dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 2003-cü il yanvarın 2-də Azərbaycan Respublikası Prezidentinin fərmanı verilmişdir. Avqust ayının 1-i Azərbaycan dili və əlifbası günü elan edilmişdir.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinə yönəlmişdir. Çıxışının sonunda H. İbrahimova qeyd etdi ki, Ana dilimiz, dövlət dilimiz, əlifbamızla bağlı qəbul olunmuş qanun, fərman və sərəncamların hər biri Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin perspektivlərini müəyyənləşdirmək, böyük tarixi təcrübəyə əsaslanaraq inkişaf yollarını müəyyən etmək baxımından olduqca qiymətlı sənədlərdir. Bu sənədlərdə mühafizə və təbliğ olunan əsas ideyalar ümummilli liderimiz Heydər Əliyevin yeni əsrin və yeni minilliyin astanasında “Azərbaycan xalqına müraciət”i kimi tarixi bir əsərdə öz ifadəsini tapmışdır: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa calışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Məktəbin şagirdləri tərəfindən "Ana dili" haqqında şerlər və mahnılar səsləndi.
Sonra Məktəbin direktor müavini Gülnar Abbasova çıxış edərək bildirdi ki, hər il ölkəmizdə təntənə ilə qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Məktəbin təşkilatçı direktor müavini Gülnar müəllimə dilimizin müqədəsliyini, gözəlliyini, səlist və sadəliyini vurğuladı.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Füzuli zirvəli, Vaqif vüqarlı
Mənim Qorqud dilim, Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin xalı
Dadda, şirinlikdə bal, şəkər dilim!


Ana dili hər bir xalqın, millətin varlığıdır.Dil millətin həyat tərzi, mədəni irsidir. Bunu tarix sübut edir. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlamışdır.

Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir. Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dillərdə yaranmış mədəniyyətləri də özündə birləşdirir.

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir- birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək.
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Dil cəmiyyətin ən dəyərli sərvətidir. Hər bir xalqın inkişafı,həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini,milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə bu dillə çatdırır.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Bir xalqı məhv etmək üçün onun dili əlindən almaq kifayətdir. Elə buna görə də tarix boyu yurdumuza hücum edən yadellilər ilk əvvəl dilimizi məhv etməyə çalışmışlar. Biz də məhz bu səbəbdən dilimizi qorumalı, ona sahib çıxmalıyıq.
Məktəb şagirdləri mövzu ilə əlaqədar keçirilən müsabiqədə iştirak etdilər. Şagirdlərdən Nuranə Babazadə, Zaur Bədəlov, Dinarə İbrahimova, Amil İsmayılov şer müsabiqəsinin qalibləri seçildilər.
Şagirdlər tərəfindən milli geyimlərdə rəqslər nümayiş edildi. Məktəbin 5-d sinif şagirdi İsmayıl Süleymanlının hazırladığı "Ana dilim" adlı videoçarx nümayiş olundu.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Ulu öndər, sözün həqiqi mənasında, Azərbaycanın ən böyük sərvəti hesab olunan mədəniyyətimizin, milli dəyərlərimizin hamisi idi. “Hər azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq ”- deyən Heydər Əliyev mədəniyyətimizi, milli-mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi dəyərləndirirdi.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Beynəlxalq "Ana dili" günü qeyd olundu

Tədbir şagirdlərin müxtəlif milli rəqqsləri ilə yekunlaşdı.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir