Xəbər lentİ

“Fitnə” sənədli filmi təhsil ocağında nümayiş olunub

16:32, 22.02.17
Oxunub: 1 219
TƏHSİL
“Fitnə” sənədli filmi təhsil ocağında nümayiş olunub

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Elnarə Həsənova şagirdlərin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərimizə bağlı, təhsilli və savadlı yetişdirilməsinin prioritet məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, gələcəyimizin bünovrəsini təşkil edən şagirdlərin radikal meyillərdən qorunmaları üçün belə filmlərin nümayişi təqdirəlayiqdir.
“Fitnə” sənədli filmi təhsil ocağında nümayiş olunub

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov çıxış edərək, radikal dini meyillər haqqında iştirakçılara məlumat verib. Bildirib ki, şagirdlərin əsas vəzifəsi yüksək səviyyəli təhsil alaraq, vətənə və dövlətə layiqli vətəndaş olmalarıdır.
Məktəbin hərbi rəhbəri Yədulla İmanov bəzi qüvvələrin dini fanatizm, zərərli ideologiyalar vasitəsilə mənəvi terror həyata keçirmələrini pisləyib və bu sahədə gənclərin maarifləndirilmələrinə xüsusi önəm verilməsinə diqqət çəkib.
Daha sonra film nümayiş olunub. Filmdən sonra şagirdləri maraqlandıran suallara cavab verilib.

Fikirlər

 Oxşar xəbərlər: