Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Tarix:3-03-2017, 20:17

Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində 8 mart Beynəlxalq Qadınlar günüdü münasibətilə tədbir keçirildi. Bağçanın müdirəsi Könül İbrahimova bu günün tarixinə qısa nəzər salaraq bildirdi ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu Yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. İndi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Bunu hər şeyi öz yaddaşında qoruyub saxlayan tarix təsdiq edir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi, düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz anaların müdrikliyi sayəsində mürəkkəb dövrlərə qalib gəlib.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

K. İbrahimova qeyd etdi ki, müasir Azərbaycan qadını da öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarından məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Bu, dövlətin qadınlara münasibətinin, demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılmasının göstəricisi idi.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdn çıxış edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Qərb dünyası Mehriban xanım Əliyevanın timsalında Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisinin obrazını görür. Azərbaycan qadınları isə alicənablıq, nəciblik, humanistlik nümunəsi, xoş məramlar, xoş niyyətlər carçısı olan liderlərinin simasında öz bayraqdarlarını görürlər. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan fonda rəhbərlik etməklə humanist ideyaların təbliğatçısına çevrilən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı. Azərbaycanın Birinci xanımının hərtərəfli paralq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır. Mehriban xanım Əliyeva çox sayda nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən Fransa Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib...
Bu yaxınlarda Azərbaycanın birinci vitse-prezidenti seçilən Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzulayırıq.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

...Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyinin layiqli nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətləri haqqında gerçəyin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir...
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Bağça müdirəsi çıxışının sonunda vurğuladı ki, 21-ci əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. İndi Azərbaycan əhalisinin təxminən 51%-ni təşkil edən qadınların fəallığı üçün ölkəmizdə hər cür şərait və imkan yaradılıb. Prezident İlham Əliyev gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbyacan qadınları mühüm dövlət qurumlarında, Parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə Idmanının inkişafına böyük töhfələr verirlər...
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

...Heç şübhəsiz, Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcəklər...
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Sonra Bağçanın rus bölməsinin balaca fidanları “ 8 mart Beynəlxalq qadınlar günü “ haqqında şerlər səsləndirərək, mahnılar oxudular. İngilis dilində deyilən fəsillərin ən gözəli olan yaz haqqında oxunan mahnı və şerlər tədbir iştirakçılarının alqışları ilə qarşılandı.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Müxtəlif səhnəciklər təqdim olundu. Balacalar rəqs edərək, yaz uşaq geyimlərini nümayiş etdiərək, podium keçirdilər. Uşaqlar ana, qadın, yaz, bahar haqqında maraqlı məlumatlar verdi.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

Tədbirin sonunda xatirə şəkli çəkildi.
Uşaq bağçası və Körpələr evində "8 mart Beynəlxalq Qadınlar Günü" qeyd olundu

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir