Xəbər lentİ

Xırdalanın 1№-li körpələr evi uşaq bağçasında “31 mart Azərbaycanlıların soyqırımı günü” anılb

22:51, 01.04.17
Oxunub: 1 166
TƏHSİL
Xırdalanın 1№-li körpələr evi uşaq bağçasında “31 mart Azərbaycanlıların soyqırımı günü” anılb


Martın 31-də Abşeron rayonu Xırdalan şəhər 1№-li körpələr evi uşaq bağçasında 31 Mart soyqırım günü ilə əlaqədar anım tədbiri keçirilib. İlk olaraq qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqə sükutla yad edilib.

Tədbirdə 1918-ci il mart qırğınlarını əks etdirən videoroliklər nümayiş etdirilib.Sonra bağçanın müdirəsi Məşədiyeva Vüsalə ətraflı çıxış edib. O, çıxışında bildirib ki,Mart soyqırımı və ya Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğındı.1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Bu Soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Anım tədbirində körpələr evi uşaq bağçasının fidanları “31 Mart soyqırım günü”-nə həsr edilən şerlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Uşaqlar hazırladıqları səhnəcikdə 31 Mart soyqırım gününün dəhşətlərini nümayiş etdirməyə çalışıblar.

Şamo Əliyev

Xırdalanın 1№-li körpələr evi uşaq bağçasında “31 mart Azərbaycanlıların soyqırımı günü” anılb

Fikirlər

 Oxşar xəbərlər: