Xəbər lentİ

Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu

00:05, 22.09.17
Oxunub: 1 942
TƏHSİL
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu

Sülh hər bir cəmiyyətin, ümumiyyətlə bütün bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir.
Sülh deyəndə həm cəmiyyətdə, həm də ailədə əmin-amanlıq nəzərdə tutulur. 21 sentyabr "Ümumdünya sülh günü" dünyanın hər yerində olduğu kimi Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında da qeyd olundu.

"Qoy həmişə sülh olsun" devizi altında açıq havada keçirilən tədbirdə uşaqlar sülhə aid şeir və mahnılar oxuyaraq, mütəlif şəkillər çəkib arzularını rəsmə çevirmişlər.
Uşaqlar günəş, kəpənək, çiçək, bayraq və ailə üzvlərinin şəkillərini çəkərək, həm ailə daxilində, həm də ümumilikdə dünyada sülh olmasını istədiklərini bildiriblər.
Tədbirin təşkilatçısı, Yeganə Hüseynova və Sevda Qurbanova bağçanın müdiri Könül xanım İbrahimovanın salamlarını tədbir iştirakçılarına çatdıraraq, balaca fidanlara həmişə sülh, əminamanlıq, açıq səma, gözəl, sağlam və xöşbəxt günləri arzuladılar.

Sonra Y. Hüseynova çıxış edərək bildirdi ki, 1982-ci ildən qeyd olunmağa başlayan bu tarix BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı təsis edilib. 2015-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT-yə üzv olan 193 ölkənin təmsil olunduğu və müxtəlif ölkə başçılarının iştirak etdiyi sammitdə dayanıqlı inkişafın 17 məqsədi qəbul olunub. 2030-cu ilə qədər ölkələrin bu məqsədlərə çatmaları istiqamətində tədbirlərin görülməsi gündəmdə olan əsas məsələlərdən biridir. Bu tədbirlərin əsasını yoxsulluğun kökünün kəsilməsi, planetin qorunması və ümumi inkişafın təmin olunması təşkil edir.

Yeganə Hüseynova çıxışında Ombudsmanın təşəbbüsü ilə hər il Azərbaycanda 21 avqust-21 sentyabr tarixlərində “Beynəlxalq Sülh Günü” aylığı keçirilildiyini qeyd etdi.
Azərbaycan müstəqillik eldə etdikdən sonra BMT “Uşaq haqları” Konvensiyası, “Uşaqların həyatlarının təminatı, müdafiəsi və inkişafı” haqqında Beynəlxalq deklarasiyası və buna uyğun bir sıra beynəlxalq sənədlərə qoşulub. Uşaqların ifasında vətənə, torpağa, anaya, sülhə, bayrağa, kitaba, müəllimə aid şerlər, mahnılar oxundu. Balacalar rəngarəng çöxöşlarla müxtəlif səhnəciklər təqdim etdilər.

Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinə də əvvəl-axır son qoyulacaq, vətənlərindən qaçqın və köçkün düşmüş soydaşlarımız öz doğma yurdlarına qayıdacaq, sülh və əmin-amanlıq olacaq, balaca fidanlarımız ailələri ilə birlikdə azad, firavan bir ömür yaşayacaqlar.
Qoy həmişə sülh olsun, üzünüz gülər, səmanız açıq olsun, əziz uşaqlar!
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu

Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu

Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında "Ümumdünya sülh günü" qeyd olundu

Fikirlər

 Oxşar xəbərlər: