Xəbər lentİ

Abşeron rayonunun “Qəzəlxan” komandası "Xəmsə" Milli İntellektual Oyunun zona mərhələsində qalib gəlib

21:11, 19.11.17
Oxunub: 1 309
TƏHSİL
Abşeron rayonunun “Qəzəlxan” komandası "Xəmsə" Milli İntellektual Oyunun zona mərhələsində qalib gəlib


Noyabrın 17-də "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının zona mərhələsi keçirilib.

Oyun Sumqayıt şəhər İdman və Gənclər İdarəsində baş tutub. Abşeron, Sumqayıt və Xızı rayonları arasında keçirilən zona yarışmasında hər rayonu 2 komanda təmsil edib. Oyunun nəticəsinə əsasən Abşeron rayonunun “Qəzəlxan” komandası böyük hesab fərqi ilə qalib gəlib. Xızı və Sumqayıt komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdəndir.

Fikirlər

 Oxşar xəbərlər: