Xəbər lentİ

17 saylı bağçada “Açıq Məşğələ” keçirilib

20:18, 22.11.17
Oxunub: 1 612
TƏHSİL / MARAQLI
17 saylı bağçada “Açıq Məşğələ” keçirilib

22.11. 2017-ci il tarixində bağçanın məktəbəhazırlıq qrupunda Savad təlimi üzrə açıq məşğələ keçirildi.

Savad təlimi üzrə məşğələni tərbiyəçi Safura Mustafayeva tədris edib. Savad təlimi məşğələsində “«B» səsi və hərfi” tədris edilib. Məşğələdə uşaqlar tanış olduqları hərflər üzrə tapşırıqlar icra edərək biliklərini nümayiş etdirdilər. Tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar 4 qrupa bölünüb, qrup daxilində lider seçiblər. Qruplara tapşırıq və iş vərəqləri paylanılıb. Təlimdə həmçinin mövzunun öyrənilməsi üçün motivasiya qurulub, uşaqlara qrup işində “B b” necə tələffüz edilir? “B b” səsi sözün hansı hissəsində işlənilir?, “B b” səsinin hansı xüsusiyyətləri var?, “B b” səsi necə səsdir?, tərkibində “b” səsi olan sözlərin tapıb şəkillərini çəkilməsi üçün düşündürücü suallar verilib.

Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.Məşğələnin sonunda körpə fidanlar hərbi-vətənpərvərlik mövzusunda şeirlər oxuyub, mahnılar səsləndiriblər.

Daha sonar Azərbaycan Respublikasının üçrəngli bayrağı körpə fidanlar tərəfindən səhnəyə gətirilib.

Sonda çıxış edən bağçanın müdiri Könül İbrahimova "açıq məşğələ"nin yaxşı keçdiyini, aparılan təlim-tərbiyə işinin nəticəsində uşaqların zəruri bilik və məlumatlara yiyələndiklərini, ümumiyyətlə, tədbirin yüksək səviyyədə hazırlandığını, qısa fəaliyyəti dövründə bağçada bir çox istiqamətlərdə müsbət təcrübə toplandığını qeyd edib, pedaqoji kollektivə fəaliyyətində uğurlar arzulayıb. K.İbrahimova həmçinin bayrağın Azərbaycan xalqı üçün müqəddəs olmasını diqqətə çatdırıb. Müqəddəs bayrağımızın tezliklə işğal altında olan ərazilərimizdə dalğalanacağını və bu günün çox da uzaqda olmadığını bildirib.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: