Xəbər lentİ

Abşeronun Uşaq Gənclər İnkişaf Mərkəzində Yeni il tədbiri keçirilib.

21:02, 23.12.17
Oxunub: 2 090
TƏHSİL
Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Abşeronun Uşaq Gənclər İnkişaf Mərkəzində Yeni il tədbiri keçirilib.

Mərkəzin direktoru Aytən Rüstəmova tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Qeyd olunub ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
A.Rüstəmova deyib: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda dövlətimizin başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır”.

Bayram tədbirində Abşeron rayon ağsaqqallar şurasının sədri Nadir Ağayev və Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Sonda Şaxta baba balacaları təbrik edib və onlara hədiyyələr paylayıb. Tədbir şagirdlərin söylədikləri şeir və rəqslərlə başa çatıb.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: