Anım tədbirində 20 Yanvar hadisələri barədə uşaqlara ətraflı məlumat verilib.
Bağçanın müdiri Fidan Tağıyeva bildirib ki, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Qanlı hadisələrin ertəsi günü ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Sonra bağçanın balaca sakinləri faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Sonda uşaqlar simvolik olaraq hazırlanan “Məşəl Abidəsi” önünə tər qərənfillər düzüblər.