Xəbər lentİ

Xırdalanda “Kosa bayrama gedir” məşğələsi keçirilib

14:32, 04.03.18
Oxunub: 1 208
TƏHSİL / MARAQLI
Xırdalanda “Kosa bayrama gedir” məşğələsi keçirilib

Abşeron rayon Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasında 3-4 yaşlı uşaqlarla təsviri fəaliyyət məşğələsi kiçik motor hərəkətlərinin inkişafı və milli dəyərlərin mənimsədilməsi məqsədi ilə “Kosa bayrama gedir” məşğələsi keçirilib.

Tərbiyəçi-müəllim Yasəmən Xəlilova elimizin Novruz adətlərindən söz açaraq uşaqları sorğu-sual etdi.Bayram haqqında bildiklərini öz dillərində ifadə edən uşaqlar rəngsiz kosanı birlikdə rəngləməyə qərar verdilər.Kosanın rəsmini basma üsulu ilə bəzədilməsini uşaqlar böyük həvəslə yerinə yetirdilər.

Qruplarla işin yekununda bayrama hazır olan kosanın əhval –ruhiyyəsi uşaqlara siraət edərək çöldəki soyuq havaya rəğmən içəridə bahar havası əsdirdi.

Şən əhval-ruhiyyədə keçən məşğələ uşaqların kosaya mahnı oxuması ilə başa çatdı.Məşğələ inteqrativ,dolğun və yeni təlim üsulu ilə keçirildi.

Məşğələnin sonunda gələn qonaqlarla müzakirə olunan məşğələ uğurlu hesab olundu.

Tural Kazımlı

Fikirlər

 Oxşar xəbərlər: