Xəbər lentİ

1 saylı bağçada Qadınlar gününə həsr olunmuş tədbir keçirldi

16:07, 07.03.18
Oxunub: 1 400
TƏHSİL
1 saylı bağçada Qadınlar gününə həsr olunmuş tədbir keçirldi

Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçasında ‘‘8 Mart -Beynəlxaq qadınlar günü”nə həsr olunmuş tədbir keçirlib.

Şənlikdə rayon İcra Hakimiyyətinin əməkdaşı Elnarə Umayeva, bağçanın kollektivi və körpələrin valideynləri iştirak ediblər.

Tədbirdə azyaşlılar anaya, sülhə, nənəyə və vətənə həsr edilən şeirlər söyləyib. Balacaların Azərbaycan, rus və ingilis dilində söylədikləri şeirlər alqışlarla qarşılanıb. Uşaqların nümayiş etdirdiyi müxtəlif xalqlara məxsus rəngarəng rəqs nömrələri maraqla izlənib.

Bu əlamətdar gün münasibəti ilə 1 saylı uşaq bağçanın müdiri Vüsalə Məşədiyeva 8 mart – Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu vurğulayıb: “Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri vardır. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınlarımızın əvəzsiz xidmətləri vardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan möhtərəm Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə icar başçısı, komitə sədri, nazir müavini, rektor və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Başda rayon rəhbəri İradə xanım Gülməmmədova olmaqla rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.”.

İcra rəsmisi bağçanın kollektivini təbrik edərək, onlara xoş arzularını bildirib.E.Umayeva qeyd edib ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Sonda xatirə şəkilləri çəkilib.

Tural Kazımlı

Fikirlər

 Oxşar xəbərlər: