Məktəbəqədər yaşlı uşaqların bilik və bacarıqlarının əldə edilməsində məktəbəqədər təhsil müəssisələrinin önəmli yeri var. Dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məktəbəqədər təhsil proqramının ən ündə vəzifələrindən biridir. Bağçalarda keçirilən interaktiv məşğələlər, bayram səhərcikləri əlamətdar günlərin keçirilməsi idman və bilik yarışları uşaqların vərdiş və bacarıqlara yiyələnməklə, öyrəndikləri əsasında şəxsi və ictimai problemlərin həllində istifadə edə biləcəklər.
Elə bu baxımdan Abşeron rayon Xırdalan şəhər 24 saylı körpələr evi -uşaq bağçasında 11.05.2018-ci il tarixində 3-4 yaşlılar “Turpun nağılını səhnələşdir mişdilər : ”Ana”, ”Vətənim” mahnılarını ifa edən kiçik fidanlar əyləncəli rəqslər ifa etdilər.
Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşı Samirə Məmmədova bağçanın orta qrupunun uşaqlarına təşəkkür etdi , bağçanın kolektivinə isə işlərində uğurlar arzuladı.
Məktəbəqədər təhsil müəssisinin rəhbəri Leyla Bayramova yaradılan şəraitə görə Abşeron rayon İcra Hakimiyyətinə dərin təşəkkür etdi.
Sonda yaşlarının kiçikliyinə baxmayaraq nağılı ustalıqla səhnələşdirən körpə balalarla xatirə şəkili çəkdirildi.
Tural Kazımlı