Xəbər lentİ

Abşeron Təhsil Şöbəsində görüş keçirilib

17:29, 16.10.18
Oxunub: 1 551
TƏHSİL
Abşeron Təhsil Şöbəsində görüş keçirilib


Abşeron Təhsil Şöbəsində Beynəlxalq şahmat turnirində qalib olmuş Ümid Aslanov və “Ayın müəllimi” müsabiqəsinin qaliblərindən olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Nigar Piriyeva ilə görüş keçirilib.

Görüşdə Ümid Aslanov bildirib ki, Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq şahmat turnirində yarışın qalibləri sırasında oda yer alıb. O, Vətənə qızıl medalla qayıdıb.

Saray qəsəbə 2 nömrəli tam orta məktəbin müəllim Nigar Pireiyeva qeyd edib ki, müsabiqə 2 mərhələdən ibarət olub. İlkin olaraq, AzEdu.az portalına göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb. Daha sonra isə həmin yazılar AzEdu.az sorğu panelində səsverməyə təqdim edilərək qaliblər müəyyən olunub.

Görüşün sonunda Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova tərəfindən Ümid Aslanova və Nigar Piriyevaya qiymətli hədiyyələr təqdim edilib.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: