7 noyabr 2018–ci il tarixində Xırdalan şəhər 26 saylı körpələr evi-uşaq uşaq bağçasında “Dövlət Bayrağı Günü” münasibətilə təntənəli tədbir keçirildi.Tədbiri giriş sözü ilə bağçanın müdiri Nigar Səfərova açıq elan etdi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
N.Səfərova nitqində bağçanın pedoqoji kollektivini və körpələri “Dövlət Bayrağı Günü” münasibətilə təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2009–cu ilin noyabrında imzaladığı sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda “Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Çıxışlardan sonar bağçanın məktəbəzhazırlıq və böyük qrupunun “Dövlət Bayrağı Günü”nə həsr edilmiş ədəbi-bədii kompozisiyası nümayiş olundu.