Novxanı qəsəbə 28 nömrəli körpeler evi-uşaq bağçasında 9 noyabr Dövlət bayrağı günü bayramına həsr olunan möhtəşəm tədbir təşkil olundu. Tədbirdə bağçanın müdirəsi Səfa İbrahimova vurğuladı ki, Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir. Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır. 9 noyabr dövlət bayrağı günü keçirilməsi həmçinin xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur.
Tədbirdə Körpə fidanların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Uşaqların nümayiş etdirdiyi şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.