Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün isə Xırdalan şəhərindəki 17 saylı körpələr evi-uşaq bağçasında Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirə Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb.
Anım mərasimini giriş sözü ilə bağçanın müdiri Könül İbrahimova açıb. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.
K.İbrahimova bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 15 il keçir. Ulu öndər Heydər Əliyevin mənalı həyatı və fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır. Bu zəngin siyasi irs daim öyrənilməli və öyrədilməlidir.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra irimiqyaslı, möhtəşəm layihələr həyata vəsiqə alıb. Bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
Daha sonra anım tədbirində Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx və bağça uşaqlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.