Xəbər lentİ

27 ildən sonra “Son Zəng” keçirdilər - duyğulu anlar yaşandı.

00:48, 26.05.19
Oxunub: 2 060
TƏHSİL / MARAQLI
27 ildən sonra “Son Zəng” keçirdilər - duyğulu anlar yaşandı.

Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin 1992-ci il məzunları 27 ildən sonra” Son Zəng”lərini keçirtdilər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan respublikasının dövlət himni səsləndirilib və Dövlət Bayrağı meydana gətirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Məmmədəliyeva 11 il oxuyub ancaq məzuniyyət tədbirini keçirə bilməyən məzunları təbrik edib, onlara xoş arzularını çatdırıb.O, qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə gələn Son zəngimizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.

Məzunları və birinciləri bu xoş gün münasibətilə təbrik edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova rayon rəhbərliyi tərəfindən Abşeron rayonunun kənd və qəsəbələrində təhsil sahəsində aparılan işlər və rayonda həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək bildirib ki, rayonda son illər 50-dən çox bağça və məktəb tikilərək istifadəyə verilib.

Son zənglərini keçirə bilmədiklərini təssüf hissi ilə xatırlayan qocaman məzunlardan Adil Kərimov və digərləri çıxış edərək aradan keçmiş 27 ili belə xatırlayıblar : “ Çox çətin bir dövr idi. 1992-ci il-Şuşanın və Laçının işğal olduğu ay idi.Buna görə də biz məzunlar son zəngimizi keçirə bilmədik. Məktəbi bitirib Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq savaş meydanına yollandıq. Bu gün birdaha İllər ötməsinə baxmayaraq yenədə məktəb illərində olduğu kimi bir parta arxasında əyləşdik və illər əvvələ qayıddıq, ilk dəfə məktəbə getdiyimiz vaxtları yada saldıq. Nə qədər ağır olsa da o vaxt bizə dərs demiş müəllimlərimizin bəziləri indi dünyasını dəyişib. Allahdan dünyasını dəyişmiş bütün müəllimlərimizə rəhmət diləyirik.”

Çıxışlardan sonra tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub, məktəbin idmançıları səhnəyə dəvət olunublar. 27 ildən sonra məzunlar üçün çalınan son zəng tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirinin sonunda birincilər və məzunlar bir-birilərini hədiyyələr və gül-çiçəklə təbrik edib, xatirə şəkli çəkdiriblər.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: