Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır

Tarix:10-10-2019, 18:43

Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır


Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətidir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev uşaqlara qayğını əsas istiqamət kimi müəyyənləşdirmiş, uşaqların təhsilinə, dünyagörüşlərinin formalaşdırılmasına və sağlamlıqlarının qorunmasına diqqət artırılmışdır.

“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkə¬mizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmış, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bununla yanaşı, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul etmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmış, hər bir sahədə geniş vüsət almış quruculuq işləri uşaqların təhsili və intellektual inkişafı istiqamətinə də yönəldilmişdir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.

Abşeron rayonunda da azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə alması üçün bütün növ imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir. Son illər ölkəmizdə uşaq bağçalarının tikintisinə, təmirinə, müasir standartlara uyğun yenidən qurulmasına böyük önəm verilir. Bu məqsədlə Abşeron rayonunda da körpələrin hərtərəfli tərbiyə alması üçün bütün imkanlardan istifadə olunur. Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.Ölkə Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələni daim diqqətdə saxlayır, konkret köməklik göstərirlər.

Abşeron rayonunda quruculuq işlərinin əsas istiqamətlərindən birini təhsil ocaqlarının, o cümlədən yeni məktəbəqədər təhsil müəssisələrinin inşası təşkil edir. 1963-cü ildən 2004-cü ilə qədər rayonda 10 uşaq bağçası tikildiyi halda 2005-2019-ci illərdə 21 uşaq bağçası tikilərək körpə və uşaqların ixtiyarına verilib, 1, 2, 15, 17, 22, 23 saylı uşaq bağçasında əsaslı təmir işləri aparılıb, 25-yə yaxın müəssisə müvafiq avadanlıqlarla, o cümlədən oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə təchiz olunub. Eyni zamanda bütün məktəbəqədər təhsil müəssisələri müxtəlif təlim vəsaitləri ilə təmin edilib.

Abşeron rayonunda uşaq tərbiyə müəssisələrinin rəhbər və sıravi işçiləri, o cümlədən, valideynlər, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bu sahəni daim diqqət mərkəzində saxlamasından, ən kiçik problemlərlə belə maraqlanaraq elə həmin anda həllindən ağız dolusu danışırlar.

Yazar: Abşeron rayonu Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının müdiri Könül İbrahimova

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib