Abşeron rayonunun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması, onlarda tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesini öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, istedadlı uşaqların aşkarlanması məqsədilə Riyaziyyat, informatika və ibtidai sinif” fənləri aylığına yekun vurulub.
Bu məqsədlə Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron Rayon Təhsil Şöbəsinin nümayəndələri və müəllimlər iştirak ediblər.
Əvvəlcə iştirakçılar məktəbin foyesində aylıq çərçivəsində şagirdlərin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra tədbirdə bir neçə müəllimin açıq dərsləri dinlənilib. Dərslərin dinlənilməsi başa çatdıqdan sonra təhlil və müzakirələr aparılıb.
Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin aylıq çərçivəsində hazırladıqları tədbirləri yüksək dəyərləndirib, minnətdarlığını bildirib. O, aylıq ərzində fəallıq göstərmiş şagird və müəllimlərə fəxri fərmanlar, diplomlar təqdim edib.