"Hazırda Təhsil Nazirliyinin aiddiyyatı mütəxəssisləri müxtəlif variantları nəzərdən keçirir. Tədris müddəti bərpa olunandan sonra bu barədə qərara gəlmək mümkün olacaq".
Bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-də çıxışı zamanı bildirib.
Nazir çıxışında dərs ilinin uzadılıb-uzadılmayacağı ilə bağlı suala da aydınlıq gətirib:
"Bu barədə bizim son qərarımızdan öncə müxtəlif vasitələrlə təqdim edilən məzmun, məsələn, şagirdlər videodərslər vasitəsilə dərsləri nə qədər mənimsədilər, boşluq neçə faiz təşkil etdi - bu barədə daha ətraflı məlumatımız olsa, qərara gəlmək mümkün olacaq. Bütün amilləri nəzərə alaraq, Təhsil Nazirliyi olaraq yekun təklifləri hazırlayıb hökumətə təqdim edəcəyik. Ölkə ərazisində tədris ili bağlı qərarların verilməsi hökumətin səlahiyyətindədir. Bütün məqamları nəzərə alaraq, ölçüb-biçib təklif hazırlayacağıq".