Dövlət İmtahan Mərkəzi 23 və 24 iyul 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri arasında keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplayıb.
Keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli orta məktəbin məzunu Orucova Balaqız Anar qızı 20 mindən çox məzun arasında 300 bal toplayaraq maksimal nəticəyə nail olub. Onun ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır.
Buraxılış (qəbul) imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.
Qeyd edək ki, bundan öncədə Dövlət İmtahan Mərkəzinin 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb.