Xəbər lentİ

Səlim Məmmədzadə medalla təltif olundu

20:13, 24.08.20
Oxunub: 1 951
TƏHSİL
Səlim Məmmədzadə medalla təltif olundu

Masazır kənd 5 nömrəli tam orta məktəb məktəbdaxili nizam-intizamda nailiyyətə, ictimai təhkükəsizliyin təmin edilməsinə, kollektiv arasındakı sağlam mühitə, rəhbərlik və kollektiv arasındakı sağlam, səmimi münasibətə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən medalla təltif olunub.

Təltif etmə mərasimində çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsinin sədri Vahid Əliyev Masazır kənd 5 nömrəli tam orta məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra N.Məmmədova və V.Əliyev tərəfindən medal məktəbin direktoru Səlim Məmmədzadəyə təqdim edilib.

Səlim Məmmədzadə medalla təltif olundu
Səlim Məmmədzadə medalla təltif olundu
Səlim Məmmədzadə medalla təltif olundu

Fikirlər

 Oxşar xəbərlər: