Xəbər lentİ

Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür

15:37, 28.01.21
Oxunub: 601
TƏHSİL
Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür

Fevralın 1-dən əyani tədris mərhələli şəkildə bərpa olunacaq. Belə ki, ilk olaraq ibtidai siniflər dərsə başlayacaq. Şagirdlər məktəbə daxil olarkən temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.

Əyani tədris Abşeronda həftədə 3 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.

Abşeron rayon İcra Hakimiyyətinin başçısının tağşırığına əsasən Abşeron məktəblərində yanvar ayının 20-sindən başlayaraq sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq hazırlıq işləri görülür. Artıq rayon məktəblərində yenidən koronavirusa qarşı təkrar dezinfeksiya və deratizasiya işləri aparılır.
Rayonun Dezinfeksiya Şöbəsi tərəfindən təhsil şöbəsinin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Həmçinin təhsil müəssisələrinə giriş və çıxış zamanı fiziki məsafənin təmin olunması üçün təhsil müəsisənin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnib. Məktəblərin girişi və çıxışı spirt tərkibli gigiyenik məhlullarla təmin edilib.

Gün ərzində məktəblərdə otaqların təmizlənməsi və dezinfeksiya edilməsi təmin ediləcək.

Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür
Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür
Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür
Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür
Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür
Abşeronda məktəblərin fevralın 1-də açılmasına - Hazırlıq Görülür



Fikirlər

 Oxşar xəbərlər: