Absheron Media
Haqqımızda Bizimlə əlaqə

20 yanvar faciəsini törədən Rus generalları danışdı

Tarix:21-01-2014, 16:12

20 yanvar faciəsini törədən Rus generalları danışdı

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 20 yanvar Bakı qırğınında iştirak etmiş 800-cü xüsusi təyinatlı rotasının döyüşçüləri Aleksandr Korolyov və Yevgeni Uvaçyov bu gün Rusiyanın ridus.ru portalına müsahibə veriblər.

Virtualaz.org saytı xəbər verir ki, onlar müsahibələrində həmin qanlı vəhşiliyə öz baxış bucaqlarından qiymət veriblər. Qanlı 20 yanvar faciəsinə gətirib çıxaran yanvar hadisələrinin xronikası Azərbaycanın müasir tarixinə bələd olan hər kəsə aydındır. QRU zabitlərinin xatirələri isə bu mövzuda uydurmalarla, faktların saxtalaşdırılması halları ilə zəngindir. Onlar danışdıqca özlərinə haqq qazandırmağa, bu cinayətin günahını öz üzərlərindən atmağa, bəşəriyyətə qarşı yönələn bu antiinsani və dəhşətli cinayətin məsuliyyətindən yayınmağa çalışırlar.

Oxucuların QRU zabitlərinin 20 yanvar xatirələrinə böyük marağını nəzərə alaraq 24 il öncəki qanlı günlərin xronikasını həmin hadisələr zamanı dinc azərbaycanlılara güllə atmış əsgərlərin dilindən təqdim edirik. Digər tərəfdən, onlar Rusiya vətəndaşlarıdır. Bu isə 20 yanvar hadisələri ilə bağlı cinayət işi başlamış Azərbaycan Baş Prokurorluğu üçün əlavə sübutdur. Qorbaçovla Primakova əlimiz çatmır. Amma Korolyovla Uvaçyova qarşı cinayət təqibi başlamaq olar. Beləliklə, onlar törətdikləri cinayətlər haqda özləri danışırlar.

* * *

Azərbaycan xalqı bu gün 20 yanvar qanlı qırğınının növbəti ildönümünü qeyd edir. 24 il əvvəl Bakıda nümayişçilərin üzərinə tankları və xüsusi təyinatlıları yeridən SSRİ-nin varisi olan Rusiyada da bu tarixi yaddan çıxarmırlar.

Virtualaz.org saytı xəbər verir ki, 20 yanvarda Bakıya yeridilən və qanlı qırğınların bilavasitə iştirakçıları olan QRU (Baş Kəşfiyyat İdarəsi) xüsusi təyinatlılarından ikisi həmin hadisələr haqda danışaraq onu öz rakurslarından təqdim ediblər.

QRU "spesnaz”ının veteranlarından olan Aleksandr Korolyov və Yevgeni Uvaçyov ridus.ru portalına 24 il əvvəl baş verənlər haqda danışaraq mülki əhalinin gülləboran edilmədiyini, təkcə "AXC-dən olan yaraqlılara atəş açıldığını” deyiblər.

A.Korolyov və Y.Uvaçyov QRU-nun 800-cü xüsusi təyinatlı rotasının keçmiş hərbi qulluqçularıdır. Onlar vaxtilə Bakıda çəkdirdikləri şəkilləri də paylaşırlar.

Keçmiş xüsusi təyinatlılar əvvəlcə 20 yanvara aparan hadisələr haqda danışırlar. Onların dediyinə görə, bu sırada SSRİ-də hökm sürən iqtisadi böhran, qıtlıq, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə başlayan münaqişə, Bakıya axışan qaçqınlar və ermənilərə qarşı hücumlar dayanırdı.

A.Korolyov və Y.Uvaçyov deyirlər ki, 80-ci illərin ortalarına qədər Azərbaycanda sovet hərbçilərinə münasibət çox yaxşı idi. Onları kafelərdə qonaq edir, taksidə pulsuz gəzdirir, siqaret və içki verirdilər. Lakin keçmiş xüsusi təyinatlılara görə AXC hər şeyi korladı, əhali AXC-nin təbliğatına inanaraq sovet əsgərlərinə düşmən kimi baxmağa başladı.

Xüsusi təyinatlılar danışır ki, QRU-nun 800-cü rotasının hərbçilərinin vəzifəsi yanvarın 19-da Bakıya yeridilən sovet qoşun kalonlarının təhlükəsizliyini təmin etmək, Moskvadan gələn yüksək vəzifəli generalları və partiya rəsmilərini mühafizə etmək, qaçqınların aeroporta evakuasiyasını həyata keçirmək idi. Həmçinin xüsusi təyinatlılara "AXC-nin döyüş nöqtələrinin susdurulması” əmri verilmişdi.

Keçmiş xüsusi təyinatlılar söhbətlərində Bakıda mülki əhaliyə atəş açdıqlarını tamamilə inkar edirlər və deyirlər ki, onlara yalnız silahlı şəxslərə atəş açmaq əmri verilmişdi. QRU xüsusi təyinatlıları iddia edir ki, AXC mülki şəxsləri "canlı qalxan” kimi istifadə edirdi və bu üzdən mülki şəxslər arasında tələfat oldu. QRU xüsusi təyinatlıları isə 20 nəfər itki verdi.

Beləliklə, virtualaz.org-a istinadla 24 il əvvəl Bakıda törədilən qırğınların bilavasitə iştirakçılarının fotolarını və videomüsahibələrindən fraqmentləri təqdim edir. Bəlkə bu faktlar Azərbaycan Baş Prokurorluğunun 20 yanvara dair apardığı təhqiqatda gərək ola bilər...

Redaktor. Şəmsi





Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.