Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin yeni tərkibi ilə ilk iclası keçirilir.
İclasda Prezident İlham Əliyev iştirak edir.
Artıq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov millət vəkillərinə deputat vəsiqələrini təqdim edib.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.
İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.
Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.