Türkiyə və ABŞ gəmiləri Şərqi Aralıq dənizində birgə hərbi təlim keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimdə Türkiyənin "Qazientep", "Gemlik" gəmiləri, bir dəniz helikopteri və iki F-16 qırıcısı, ABŞ-ın isə "Porter" gəmisi iştirak edib.