Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir

Tarix:21-05-2024, 16:07

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir

Azərbaycan özünə dost bildiyi ölkələr üçün daim etibarlı strateji tərəfdaş olub və olaraq qalmaqdadır. Bu gün Bakı bütün dünya ilə səmimi və açıq danışır, ayrı-ayrı ölkələrlə münasibətlərini də məhz bu müstəvidə qurur. Azərbaycanın özünə səmimi dost, etibarlı tərəfdaş saydığı ölkələrdən biri də Belarusdur. Diplomatik əlaqələrin qurulduğu otuz bir il ərzində iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dost, yaxın münasibətlərin iki ölkə arasında əlaqələrə sirayət etdiyi göz qabağındadır.

SSRİ-nin dağılmasından sonra postsovet məkanında yaranmış mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hər iki ölkə arasında münasibətlər xalqlarımızın maraqlarına uyğun şəkildə inkişaf edib. Buna görə də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri Prezident İlham Əliyevin qeyd etdiyi kimi zamanın sınağından çıxmış münasibətlərin inkişafına yeni güclü təkan verəcək. Azərbaycan və Belarus kommunist rejiminin süqutundan sonra münasibətlərini qoruyub saxlaya və inkişaf etdirə bildilər. Hər iki ölkədə səfirliklərin təsis olunmasından sonra ikitərəfli əməkdaşlıq daha da genişləndi. Müstəqillik illərində qarşılıqlı səfərlərin intensivliyi və imzalanmış müqavilələr siyasi-iqtisadi əlaqələrin dinamik inkişafı üçün müsbət zəmin yaratdı, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Belarus lideri ilə görüşdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndirir.

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, iştirakına şad olardı: “Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir”.

Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Tərəflər arasında imzalanmış dövlətlərarası sazişlər də belə deməyə əsas verir ki, iki dövlət malik olduğu potensialdan maksimum yararlanmaq istəyir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardır və Prezident Aleksandr Lukaşenkonun mətbuata bəyanatında vurğuladığı kimi tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir. İndiyədək imzalanmış çoxsaylı sazişlər iqtisadi əlaqələrin inkişafı üçün güclü qanunvericilik bazası rolunu oynayır. Birjalararası əməkdaşlıq var, Azərbaycan Respublikası Birja Şuraları İctimai Birliyi ilə Belarus Universal Əmtəə Birjasının Memorandumu qüvvədədir. Belarusun 10 regionu ilə Azərbaycanın, xüsusən Qomel və Gəncə, Mogilyov və Sumqayıt, Qrodno və Qəbələ şəhərlərinin yaxın regionları arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq əlaqələri qurulur. Bakı ilə Minsk arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında imzalanan memorandumun ölkələr arasında münasibətlərin inkişafına töhfə olacağı şübhəsizdir.

Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycan və onun lideri haqqındakı xoş sözləri hər birimizi qürurlandırdı. Regionda Azərbaycanın timsalında olduqca güclü, normal, lider ölkənin mövcudluğunu bildirən Belarus Prezidenti azərbaycanlı həmkarına xitabən, Siz regionu nəzarətdə saxlamağa qadir və bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, zaman Sizi seçib, Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız fikirləri Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imicinin daha bir təsdiqi oldu.

Belarus Prezidentinin Qarabağa getməsi onun Azərbaycanla sadəcə tərəfdaş deyil, həm də sədaqətli dost olmasının mesajı idi. Eyni zamanda, Belarusun Qarabağın dirçəldilməsi prosesinə töhfə verməyə hazır olması iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu göstərmiş oldu. Səfərin ən yaddaqalan məqamı onun məhz Qarabağa– Füzuliyə, Şuşaya getməsi oldu. Bu, bir növ, Azərbaycana səfərə gələn dövlət və hökumət başçılarının rəsmi protokolunda qeyd olunmamış qaydadır. Azərbaycan Prezidenti dost və qardaş bildiyi qonağını Qarabağa, ilk növbədə, Şuşaya aparır. Məqsəd yüksək qonağa təkcə erməni vandallarının torpağımızda törətdikləri vəhşilikləri öz gözü ilə görmək imkanını yaratmaq deyil, həm də onu doğma yurdumuzun gözəlliyi, burada aparılan nəhəng bərpa-quruculuq işləri ilə tanış etməkdir. Belarus Prezidenti də seçilmişlərin siyahısında olan dost ölkənin başçısıdır.

Bakı ilə Minsk arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Buna görə də iki dövlət başçısının budəfəki görüşü səmərəli əməkdaşlığı daha da gücləndirir və ölkələrimiz arasında səmimi və müsbət münasibətlərin inkişafına güclü təsir göstərir.

Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru

20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür