Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

Tarix:9-10-2026, 13:12

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib.

Dövlət başçısı Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi qiymətləndirib və bu qərarı yekdilliklə dəstəkləyən həmkarlarına təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın bu formata tamhüquqlu iştirakı təşəbbüsünün Türkmənistan tərəfindən irəli sürüldüyünü xüsusi vurğulayıb.

Prezident Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqun intensivliyinin və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi qeyd olunub.

İlham Əliyev Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsini də xüsusi qeyd edib. Dövlət başçısı bu təşəbbüsü qardaş Türkmənistanın Azərbaycana hədiyyəsi, xalqlar arasında dostluğun və mənəvi yaxınlığın növbəti təzahürü kimi qiymətləndirib.
Azərbaycan Prezidenti çıxışında Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə də toxunub. Qeyd edib ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Bu qardaş dəstəyinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və ticari əlaqələrinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.
İlham Əliyev Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdığını da diqqətə çatdırıb. Prezident bu fondların imkanlarından daha fəal istifadə edilməsinin, birgə investisiyaların artırılmasının, yeni istehsal müəssisələrinin yaradılmasının və məhsulların xarici bazarlara çıxarılmasının vacibliyini vurğulayıb.

Çıxışda nəqliyyat sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Azərbaycan son illərdə dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına böyük sərmayələr yatıraraq nəqliyyat imkanlarını genişləndirib.

Dövlət başçısı Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını diqqətə çatdırıb. Bildirilib ki, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bununla yanaşı, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi istiqamətində işlərin aparıldığı qeyd olunub.

Energetika sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını bildirən Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi ilə nəqlinin həyata keçirildiyi və bu daşımaların həcminin artdığı bildirilib. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yalnız nəqliyyat və energetika ilə məhdudlaşmadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir və bu amillər Azərbaycanla Mərkəzi Asiya ölkələrinin gələcək inkişafı və qarşılıqlı fəaliyyətinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü çərçivəsində Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafına xidmət edən bir sıra sənədlər də imzalanıb.

Mehriban Sultanova
Abşeron rayonu Səxavət Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin direktoru

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Dublin Bəyannaməsi ilə Azərbaycan-Britaniya əlaqələrində tarixi dönüş başlayır
Dublin Bəyannaməsi ilə Azərbaycan-Britaniya əlaqələrində tarixi dönüş başlayır
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası