Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru

Tarix:Dünən, 09:41

Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru


25 oktyabr - Qubadlı Şəhəri Günü Azərbaycanın şanlı Zəfər tarixinin mühüm hadisələrindən biridir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun şəhəri işğaldan azad etməsi Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsi olmaqla, tarixi ədalətin bərpasına doğru atılan əhəmiyyətli addım oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Zəngin təbiəti, münbit torpaqları və iqtisadi potensialı ilə seçilən Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistanın işğalına məruz qalıb. İşğal nəticəsində 29 min 997 nəfər doğma yurdunu tərk etməyə məcbur olub, yaşayış evləri, məktəblər, mədəniyyət obyektləri və digər infrastruktur dağıdılıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Qubadlının azadlığına qovuşması ilə nəticələnən tarixi əməliyyatlara yol açdı. Azərbaycan Ordusunun strateji yüksəklikləri və ətraf yaşayış məntəqələrini nəzarətə götürməsi şəhərin azad edilməsində həlledici rol oynadı. Oktyabrın 25-də Qubadlı şəhəri, noyabrın 9-dək isə rayonun daha 41 kəndi işğaldan azad edildi.

Qubadlı uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər. Dövlətin yüksək qiymət verdiyi bu şücaətin təcəssümü olaraq 15 min 209 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyənləşdirildi. Bu gün artıq yalnız hərbi qələbənin deyil, doğma yurda qayıdışın və azad torpaqlarda yeni həyatın başlanmasının rəmzi kimi qeyd olunur.

Hazırda Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib, ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri aparılır, yol və enerji infrastrukturu inkişaf etdirilir. Bu layihələr sakinlərin doğma torpaqlarına qayıdışı və rayonun sosial-iqtisadi dirçəlişi üçün mühüm zəmin yaradır.

Qubadlının bugünkü mənzərəsi Azərbaycanın hərbi Zəfərini quruculuq uğurları ilə davam etdirdiyini göstərir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşən rayon indi yeni inkişaf mərhələsinə qədəm qoyur.

25 oktyabr Qubadlının azadlıq salnaməsi, şəhidlərimizin qəhrəmanlığının və qazilərimizin fədakarlığının təcəssümüdür. Bu əlamətdar gün Azərbaycan xalqının birliyini, dövlətimizin qətiyyətini və doğma torpaqlara qayıdış əzmini bir daha nümayiş etdirir.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir