Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qubadlıya gedən Yol

Tarix:Dünən, 09:43

Qubadlıya gedən Yol


"Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı" - Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Qubadlının tarixində yeni mərhələnin başlanğıcını ifadə edir.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşən Qubadlı rayonu 802 kvadrat kilometr ərazini əhatə edir. Səthi əsasən dağlıq olan rayon qərbdən 120 kilometr məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Qubadlının işğal tarixi 1988-ci ildən başlayır. Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən rayona hər iki tərəfdən təcavüzkar hücumlar başlamış, dinc əhaliyə qarşı terror sistemli şəkildə davam etdirilmişdir. Nəticədə 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olundu. İşğalın ardınca rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti həyata keçirildi. Xaricdən gətirilən ermənilər burada qanunsuz yerləşdirildi, Xanlıqda xaricdə yaşayan ermənilərin pulu ilə qəsəbə salındı.

29 min 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yerlərində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7 min 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4830 kilometr elektrik xətti, 165 kilometr magistral qaz boru xətti və bütün infrastruktur tamamilə dağıdıldı.

25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi, çünki düşmən bu yüksəkliklərdən hərbçilərimizə atəş açırdı. Bu əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı göstərdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər, ətrafdakı kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edildi. Bu şücaətə görə 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi və 15 min 209 hərbi qulluqçu təltif olundu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olundu. İşğaldan sonra azad edilmiş torpaqlarda hüquqpozmalara qarşı mübarizə üçün 27 oktyabr 2021-ci ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradıldı.

Bu gün isə Qubadlının yeni inkişaf tarixi başlayıb. Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan"ını təsdiq edib. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan rayonun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanırdı. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası açılıb, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli xətt çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. Bərpa-quruculuq işləri sürətlə davam edir. Cari ilin iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. 3,34 hektar ərazidə layihələndirilən kompleksdə 21 yaşayış binasında 176 mənzil olacaq. Rayon mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahrızlı kəndinin layihələndirilən ərazisi 197 hektardır və birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır.

Rayon mərkəzindən 20 kilometr məsafədə Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin ərazisi 180 hektardır, birinci mərhələdə 159 ev və 772 nəfərin məskunlaşdırılması, gələcəkdə isə 2520 nəfərin yaşaması planlaşdırılır.

Eyni zamanda Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 28,5 kilometr uzunluğunda olan bu yol Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərindən keçir. Bundan əlavə, 2023-cü il sentyabrın 5-də "Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalanıb və dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Xanım Ağayeva
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Vüqar Ağayevin anası, Abşeron rayon sakini

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir