Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Tarix:Bu gün, 18:47

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir


5 oktyabr – Beynəlxalq Müəllimlər Günü bütün dünyada insanın həyat yoluna işıq salan, cəmiyyətlərin gələcəyini formalaşdıran müəllimlərə ehtiram və minnətdarlığın ifadəsi kimi qeyd olunur. Bu əlamətdar gün müəllimlik peşəsinin yalnız bir ixtisas deyil, həm də böyük məsuliyyət, fədakarlıq və mənəvi missiya olduğunu bir daha xatırladır.

Məktəb direktoru kimi hesab edirəm ki, müəllimlik insan yetişdirmək sənətidir. Müəllim şagirdə yalnız bilik vermir. O, uşağın dünyagörüşünün formalaşmasına, düzgün düşünməsinə, özünəinam qazanmasına, Vətəninə və xalqına bağlı vətəndaş kimi yetişməsinə böyük təsir göstərir. Bu mənada ölkəmizin hər bir uğurunun arxasında müəllim əməyinin, müəllim zəhmətinin və müəllim sevgisinin payı var.

Ümummilli Lider Heydər Əliyev müəllim əməyinə hər zaman böyük dəyər verib. Onun “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” fikirləri bu peşənin mahiyyətini ən dolğun şəkildə ifadə edir.

Bu gün Azərbaycanda 121 min 424 müəllim dövlət ümumi təhsil müəssisələrində gələcəyin nəslinin yetişdirilməsi kimi məsuliyyətli və şərəfli missiyanı həyata keçirir. Müasir Azərbaycan müəllimi ənənəvi pedaqoji yanaşmalarla kifayətlənmir, daim öyrənir, yenilənir və XXI əsrin tələblərinə uyğun yeni təhsil modelinin formalaşmasına öz töhfəsini verir.

Azərbaycan təhsilinin son illərdə keçdiyi inkişaf yolu bu sahəyə göstərilən dövlət qayğısının miqyasını aydın nümayiş etdirir. Son 25 ildə ölkəmizdə 4000-dək məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması, son illərdə isə təqribən 600 məktəbin yenidən qurulması təhsil infrastrukturunun yenilənməsinə yönəlmiş ardıcıl siyasətin nəticəsidir. 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsinin fəaliyyətə başlaması da bu prosesin davamlı xarakter daşıdığını göstərir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin sosial rifahının yaxşılaşdırılması, onların peşəkarlığının artırılması və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası Azərbaycan məktəbinin qarşısında yeni imkanlar açır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də xüsusi əhəmiyyəti var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” və digər layihələri çərçivəsində görülən işlər ölkənin müxtəlif bölgələrində uşaqların daha yaxşı təhsil şəraiti ilə təmin olunmasına mühüm töhfə verib.

Abşeron rayonunda da təhsilin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Rayonumuzda yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, məktəblərin müasir avadanlıqlarla təmin olunması şagirdlər üçün daha əlverişli təhsil mühiti formalaşdırır. Bu gün Abşeron məktəblərində çalışan müəllimlər yaradılan imkanlardan səmərəli istifadə etməklə yüksək bilik və bacarıqlara malik, vətənpərvər və məsuliyyətli gənclərin yetişdirilməsinə çalışırlar.

Müasir məktəb yalnız sinif otaqlarından ibarət deyil. Bu gün məktəb həm də rəqəmsal bacarıqların, innovativ düşüncənin, yaradıcılığın və tədqiqat qabiliyyətinin inkişaf etdirildiyi məkandır. “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu məktəblərin sayının 2026–2027-ci tədris ilində 1001-ə, layihə ilə əhatə olunan şagirdlərin sayının isə 630 mindən çoxa çatması bu istiqamətdə atılan addımların miqyasını göstərir. STEAM layihəsi də şagirdlərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinə marağının artırılmasına xidmət edir. Hazırda layihə 563 məktəbi və 312 min 197 şagirdi əhatə edir.

Müəllimlərin davamlı peşəkar inkişafı da müasir təhsil sisteminin əsas tələblərindəndir. Sertifikatlaşdırma prosesi təhsilverənləri öz bilik və bacarıqlarını mütəmadi yeniləməyə təşviq edir. Bu proses nəticəsində təqribən 90 min təhsilverənin əməkhaqqına əlavələrin edilməsi müəllim əməyinə verilən dəyərin göstəricilərindən biridir.

Azərbaycan müəlliminin Vətən qarşısındakı xidmətləri isə yalnız sinif otaqları ilə məhdudlaşmır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini və 671 müəllim döyüşlərdə iştirak edərək torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıb. 20 təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. Onların qəhrəmanlığı müəllimlik peşəsinin Vətən sevgisi və vətəndaşlıq məsuliyyəti ilə nə qədər sıx bağlı olduğunu göstərir.

Bu gün Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü artıq altıncı dəfə qalib xalqın nümayəndəsi kimi qeyd edir. İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin tikilməsi və müəllimlərin həmin torpaqlarda yenidən dərs deməsi isə Böyük Qayıdış prosesinin ən mənalı səhifələrindən biridir. Məktəbin, müəllimin və uşağın azad edilmiş torpaqlara qayıdışı həyatın həmin ərazilərdə yenidən canlanmasının mühüm göstəricisidir.

Mən bir məktəb direktoru kimi bütün həmkarlarımı əminliklə deyə bilərəm ki, bu gün bizim qarşımızda duran əsas vəzifə yalnız yaxşı şagird yetişdirmək deyil, həm də Azərbaycanın gələcəyini etibar edə biləcəyimiz şəxsiyyətlər formalaşdırmaqdır. Çünki bu gün sinif otağında qarşımızda dayanan şagird sabah ölkənin həkimi, mühəndisi, müəllimi, alimi, dövlət qulluqçusu və ən əsası, cəmiyyətin məsuliyyətli vətəndaşı olacaq.

Müəllimin verdiyi bir dərs, söylədiyi bir söz, göstərdiyi bir qayğı bəzən bir insanın bütün həyat yolunu dəyişə bilər. Buna görə də müəllim əməyinin nəticəsi yalnız qiymətlərlə, diplomlarla və statistik göstəricilərlə ölçülmür. Müəllimin ən böyük əsəri yetişdirdiyi insandır.

Bu əlamətdar gündə bütün Azərbaycan müəllimlərini, xüsusilə də Abşeron rayonunun təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm. Hər bir müəllimə möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətində yeni uğurlar və yetişdirdiyi şagirdlərin nailiyyətlərindən doğan sonsuz qürur hissi arzulayıram.

Bayramınız mübarək, əziz müəllimlər! Sizin əməyiniz Azərbaycanın gələcəyinə qoyulan ən dəyərli sərmayədir!

Vüsal Süleymanov,
Veysəl Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin dırektoru

Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır