Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

Tarix:10-05-2024, 09:20

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

Azərbaycan Respublikası müstəqilliyinə qovuşduqdan sonra xarici ölkələrlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa başlayıb. Azərbaycanın xarici siyasəti region ölkələri arasında ən uğurlu siyasət hesab olunur. Azərbaycan təkcə regionumuzda deyil, bütün dünyada özünəməxsus nüfuz qazanmışdır.
Azərbaycanla Slovakiya arasında münasibətlərin qurulması istiqamətində atılan addımlar da hər iki respublikanın müstəqillik əldə etməsindən sonra başlayıb. Slovakiya Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının səfirliyi Azərbaycanda 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasının Bratislava şəhərində səfirliyi isə 28 iyul 2023-cü ildə təsis edilmişdir.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri böyük rol oynayıb.

Bu gün də Slovakiya ilə Azərbaycan arasında dostluq və işgüzar münasibətlər davam etdirilir.

May ayının 7-də Slovakiya Republikasının Baş naziri Robert Fitso respublikamıza rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə cənab İlham Əliyev qonağı salamlayaraq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdiklərini vurğulayıb: “Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəyik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.

Mən hesab edirəm ki, Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaq”.

Bu gün Slovakiya ilə Azərbaycan arasında yeni bir səhifə açılır. Belə ki, səfər çərçivəsində əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran və olduqca ciddi siyasi sənəd olan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

Azərbaycan Prezidenti strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələrin bizim niyyətimizi əks etdirdiyini, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini söyləyib.

Cənab İlham Əliyev eyni zamnda qeyd edib ki, Bəyannamənin imzalanması bu uğurun başlanğıcıdır və şübhəsiz ki, gələcəkdə özünün daha yaxşı nəticələrini göstərəcək. Görüş çərçivəsində bir çox sahələr üzrə sənədlər imzalanıb. Bu sənədlər arasında müdafiə və müdafiə sənayesinə aid sənədlər də var. Azərbaycan və Slovakiya ilə birgə müdafiə sənayesi sahəsində istehsal sahələrinin yaradılması haqqında da danışıqlara start verilmişdir.
Slovakiya ilə Azərbaycan arasında çox geniş müzakirə edilən sahələrdən biri də energetika sektorundakı əməkdaşlıq məsələsi olmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında imzalanan “Həmrəylik Halqası” adlanan sənədin imzalanması da Azərbaycan qazının Slivakiya bazarına də nəql edilməsi üçün yaxşı imkanlar yaradıb.

Bu gün Azərbaycanla Avropa İttifaqı arasında qaz və enerji sahəsində imzalanmış starteji tərəfdaşlıq Bəyannaməsi icra edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”.

Çox sevindirici haldır ki, Azərbaycanda yeni qaz yataqları kəşf olunur. Qaz hasilatı getdikcə artır. Yeni kəsf olunan yataqlarda artıq istismar da başlamışdır. Azərbaycanda eyni zamanda Günəş və külək enerjisi stansiyaları inşa olunur. Bu da respublikamızda müəyyən qədər qaza qənaət etmək imkanı yaradacaq və bu qaz Avropaya nəql olunacaq.

Dövlət başçısı öz çıxışında görüş çərçivəsində Slovakiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildiyini söyləyib: “Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər yaşıl işıq yandırılmışdır”.
Bildiyimiz kimi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bir sıra dost və qardaş dövlətlərin şirkətləri fəaliyyət göstərərək bərpa, quruculuq işləri aparırlar. “Ağıllı kənd”, “Ağıllı şəhər” tikintisi aparırlar. Slovakiya ilə Azərbaycanın da əməkdaşlığının əlamətdar istiqamətlərindən biri də budur ki, azad edilmiş torpaqlarımızda Slovakiya şirkətləri də fəaliyyət göstərir. Belə ki, erməni işğalçıları və vandalları tərəfindən demək olar ki, tamamilə dağıdılmış Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şırkəti tərəfindən icra ediləcək. Bu da bizim Slovakiya ilə dostluq və tərəfdaşlığımızın bir rəmzidir ki, əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
[b][/b]

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri