Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq

Tarix:19-02-2019, 14:50

Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq


Çin alimləri kosmosda Günəş enerjisini toplayacaq və lazerin köməyi ilə Yerə ötürəcək orbital stansiya üzərində işləyirlər.

Artıq Çinin Çunçin şəhərində bu məqsədlər üçün istifadə olunacaq eksperimental bazanın tikintisinə başlanılıb. Yaxın 5 ildə ilk sınaq elektrik stansiyası stratosferə buraxılacaq. Layihəni ölkənin Kosmik Texnologiyalar Agentliyi həyata keçirir. Bu agentlik 2022-ci ildə Çinin xüsusi kosmik stansiyasının quraşdırılmasını da planlaşdırır.

Cari ildə Çinin kosmik proqramlarının həyata keçirilməsinə 8 milyard dollar ayrılıb. Bu, ABŞ-dan sonra dünyada ikinci göstəricidir.

Çinli alimlər bildiriblər ki, yerüstü Günəş panellərindən fərqli olaraq, kosmik elektrik stansiya hava, mövsüm və vaxt dəyişikliklərindən asılı olmayaraq, 24 saat ərzində işləyəcək. Çin Kosmik Texnologiyalar Agentliyinin əməkdaşı Pan Çjixao iddia edir ki, yeni texnologiya bütün bəşəriyyət üçün təmiz və tükənməyən enerji mənbəyi olacaq. Onun sözlərinə görə, əsas problem kosmik elektrik stansiyanın həddindən artıq ağır olmasıdır. Bu qurğu hazırda fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyadan min ton ağırdır. Bundan başqa, bu cür nəhəng stansiyanın kosmosa göndərilməsi də mürəkkəb texniki vəzifə olacaq. Bu səbəbdən çinli alimlər həmin stansiyanın hissələrlə birbaşa kosmosda quraşdırılması variantını da nəzərdən keçirirlər.

Kosmosda Günəş panellərinin quraşdırılması və lazer vasitəsilə Yerə ötürülməsi layihələri ABŞ, Avropa, Hindistan və Yaponiyada da hazırlanır.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir