Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib

Tarix:22-06-2019, 16:12

Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib

Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayan “Məzun günü”ndə millət vəkilləri, dövlət və hökumət nümayəndələri, universitetin professor-müəllim heyəti, valideynlər və günün səbəbkarları olan məzunlar iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən dövlətin inkişafı ilə yanaşı gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də ölkə başçısı İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirdiyini qeyd edib.

Professor H.Məmmədov Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Bakı Mühəndislik Universitetinin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, bu il universitetdən 963 nəfər məzun olanların 818-i bakalavr, 145-i isə magistr pilləsində təhsil alan tələbələrdir. 88 tələbənin universiteti fərqlənmə ilə bitirməsini xüsusi qeyd edən rektor ölkəmizdə yaradılan müasir sənaye müəssisləri üçün BMU-da yüksək səviyyədə kadr hazırlığının aparıldığını da diqqətə çatdırıb.

Millət vəkili, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə çıxış edərək məzunları təbrik edib və onlara tövsiyələrini verib. O bildirib ki, BMU uğurları ilə cəmiyyətdə və Azərbaycan təhsil sistemində öz mövqeyini gücləndirir. Görkəmli iqtisadçı Z.Səmədzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının inkişaf prespektivləri və aparılan islahatların nəticələri barədə ətraflı məlumat verib.

Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov və rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova BMU məzunlarını təbrik ediblər. Onlar rayonun ictimai həyatında universitetin fəaliyyətindən, orta təhsil müəssisələri ilə əməkdaşlığından danışıblar.

Sumqayıt Kimya Sənaye Parkının baş direktoru Nazim Talıbov məzunları təbrik edib. Universitet-sənaye əlaqlərindən, BMU ilə rəhbərlik etdiyi sənaye parkının əməkdaşlığı barədə məlumat verib. Ölkəmizdə yaradılan sənaye parklarının rəqabətə davamlı inkişafında kadr hazırlığının rolundan danışıb.

Universitet üzrə birinci olan tələbələr mükafatlandırılıblar. Qeyd edək ki, universitet birincisi 99.14 balla İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olan Almaz Mirzəyeva olub.

Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivləri ilə yanaşı tanınmış sənət adamları ifaları ilə məzunları təbrik ediblər.

Şamo Əliyev

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır

Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir

Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür

15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi

Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır

Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır

Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır

28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi

COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir

Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir