Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib

Tarix:4-03-2016, 21:43

“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib Bu gün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib. Konfransda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, eləcə də Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, DQİDK-nin və yerli icra hakimiyyəti orqanlarının rəsmi şəxsləri, bu qurumların Sumqayıt, Abşeron, Xızı, Qobustan, Zəngilan və Qubadlı rayonlarındakı strukturlarının rəhbər və məsul nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər.

Tədbir iştiralçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərə baxıb, mərkəzin gündəlik fəaliyyəti ilə tanış olublar.

Konfransı açıq elan edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycanda tolerantlığın qorunduğu və təbliğ edildiyini vurğulayaraq ölkəmizdə dini zəmində qarşıdurmanın olmadıdığı bildirib. Azərbaycan əhalisinin əsrlər boyu qarşılıqlı hörmət, multikultral dəyərlərlə yaşadığını xatırladan icra başçısı bu dəyərlərin və mövcud sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov cəmiyyətə dini ekstrizmlə bağlı kifayət qədər məlumatların ötürüldüyünü vurğulayaraq dini radikalizm və onun fəsadları barədəsində danlışıb. Cəmiyyət tərəfindən bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi, demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərinin qətiyyətlə pislənildiyini vurğulayan sədr müavininin sözlərinə görə, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri aparılıb.

Dünyada dini zəmində baş verən qarşıdurmalara, Suriya, Əfqanıstan və digər ərazilərdə yaşanan qanlı toqquşmalara diqqət çəkən S.Heydərov bu hadisələrin böyük güclər tərəfindən idarə olunduğunu və müharibələrin də məhz müsəlmanların yaşadığı ölkələrdə baş verdiyini söyləyib. O qeyd edib ki, din və dindarlıq siyasiləşir. Bu siyasiləşmənin də yaxşı heç nə vəd etmədiyini vurğulayan komitə sədrinin qənaətincə, radikalizmə qarşı təkcə dövlət deyil, eyni zamanda bütün cəmiyyət mübarizə aparmalıdır. İŞİD-in timsalında yeni və dağıdıcı dinin yaradılmasına çalışıldığını, bəşəriyyətin qarşısında belə bir təhlükənin olduğunu söyləyən sədr müavini qeyd edib ki, bu da dünyaya ağalıq etmək istəyən qüvvələrin səhvidir.

Sonra Baş Prokurorluğun İdarə Prokuroru Alim Cəbrayılov və Daxili İşlər Nazirliyinin Baş İctimayi Təhlükəsizlik İdarəsinin rəisi Hikmət Eyvazov çıxış edərək dini radikalizmə qarşı görülən tədbirlərdən danışıblar. Çıxışçılar bildirblər ki, ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan verilmir və verilməyəcək. Qeyd olunub ki, radikal dini qrupların Azərbaycanda fəaliyyətinin aradan qaldırılması üçün son vaxtlar çox böyük işlər görülüb və bu işlər hazırda nəticə verməkdədir. Radikalizmə qarşı aparılan mübarizə bir an da olsun dayanmayacaq və bu tədbirlər ölkədə radikal qrupların fəaliyyəti tam aradan qalxana qədər davam etdiriləcək.

Tədbirə yekun vuran Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova konfransın əhəmiyyətini qeyd edərək bildirib ki, yerlərdə dini radikalizmlə bağlı tədbirlər keçirilir. Abşeron rayonunda 450 mindən çox sakinin yaşadığını, respublikanın bütün bölgələrindən olan insanların burada məskunlaşdığını vurğulayan İ.Gülməmmədova rayon ərazisində dini məsələlərlə bağlı hər hansı bir narahatçılığın olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin və bu kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində Azərbaycanda sabitliyin olduğunu, dini qarşıdurmaların yaşanmadığını qeyd edən İ.Gülməmmədova bütün ictimaiyyət olaraq sabitliyin qorunması istiqamətində çalışılmalı olduğunu bildirib.

“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib
“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib
“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib
“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib
“Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda regional konfrans keçirilib

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir