Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mehdiabadda “Multikultralizm və radikal dini cərəyanlar”mövzusunda tədbir keçirilib

Tarix:9-03-2016, 19:26

Mehdiabadda  “Multikultralizm və radikal dini cərəyanlar”mövzusunda tədbir keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Mehdiabadda “Multikultralizm və radikal dini cərəyanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin dini qrumlarla işin təşkilatçısı Vüqar Bəşirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları İsmayıl Çəfərov, Şahlar Məhəmmədov, rayon ağsaqallar şurasının sədri Nadir Ağayev,YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov və qəsəbədə yerləşən təhsil müəssisələrinin rəhbərləri, din xadimləri və ziyalılar iştirak ediblər.

Toplantıda dini radikalizm və onun fəsadları barədə çıxış edən V.Bəşirov bildirib ki, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətləri müşahidə olunur. O qeyd edib ki, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Çəfər İsmayılov və Şahlar Məhəmmədov çıxış edərək, ölkəmizdəki multikultral və tolerant mühitin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq nümunəsinə çevrilib.

YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov mövzunun aktuallığını qeyd edərək, gənclərlə bu səpkili görüşlərin keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O,həmçinin qeyd edib ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər fəal iştirak etməli və bu prosesə öz töhfəsini verməlidirlər.

Rayon ağsaqallar şurasının sədri Nadir Ağayev də dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir: “İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir”.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir