Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Tarix:8-04-2016, 18:44

İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, eləcə də xidmət təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.

Görüşdən əvvəl Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayıb. Bu görüşlərin məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və onların həlli istiqamətində addımlar atmaq olduğunu bildirən başçı daha sonar Abşeronda son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50 yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.

Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi, Pirəkəşkül kəndində də əhali sayının artdığını, ona görə də müəyyən təlabatların yarandığını, onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova kənd ərazisində yeni məktəbin fəaliyyət göstərdiyini, uşaq bağşasının isə inşasının davam etdiyini bildirib. Aparılan inşa işlərinin sürətləndirilməsinin vacibliyini qeyd edən İ.Gülməmmədova kənddə yeni salınan yaşayış məntəqələrinin bəzilərində içməli su probleminin olduğunu, lakin problemin həlli üçün tədbirlərin həyata keçirildiyini söyləyib.

Daha sonra kənd sakinlərindən Eldar Salehli, Cəmilə Süleymanova, Cəfər Nəsibov, Əlövsət Səfərəliyev və digərləri digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıb, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna köməklik etdiyini bildiriblər.
Abşeron rayonunda, eləcə də Pirəkəşkül kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edən sakinlər içməli su xəttlərinin dəyişdirilməsinə, evlərə su sayğacının quraşdırılmasına, kənd ərazisinə suvarma suyunun çəkilməsinə, mənzillərə verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir