Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib

Tarix:20-04-2016, 21:54

Abşeronda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib

Bu gün Xırdalandakı Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Bilik Fondunun icraçı drektoru Oqtay Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun drektoru, AMEA-nın müxbir üzvü Məhsin Nağısoylu, Bakı Beynəlxalq Mutikulturalizm Mərkəzinin Analitika və informasiya şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov, adıçəkilən fondun mətbuat katibi, baş məsləhətçisi Ceyhun Musaoğlu, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü üçün canından keçən, şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək Azərbaycanda uzun illərdən bəri fiormalaşan multikultural dəyərlərdən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq insanların birgə yaşayışından söz açıb. Multikulturalizmin birgə yaşayış mədəniyyəti olduğunu qeyd edən çıxışçının sözlərinə görə, multikultural dəyərlər olmasaydı, heç bir böyük bəşər mədəniyyəti olmazdı. Multikultural dəyərlərin dövlət siyasətinə keçdiyini və bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən müavin ölkədə multikulturalizm istiqamətində həyata keçirilən işlərdən danışıb.

Sonra Bilik Fondunun icraçı drektoru Oqtay Səmədov rəhbərlik etdiyi fondun yaranmasından və görülən işlərdən söz açıb. Azərbaycanın şəhər və rayonlarında Fondun nümayəndələrinin müəyyən edildiyini vurğulayan icraçı drektorun sözlərinə görə, bu günə qədər Bilik Fondu tərəfindən 613 mühazirə oxunub, onlardan 23-ü isə multikultural dəyərlərə həsr olunub.

AMEA Dilçilik İnstitutunun drektoru Məhsin Nağısoylu isə Azərbaycan ədəbiyyatında özünü təcəssüm etdirən multikultural dəyərlərdən söz açaraq onlardan müxtəlif nümunələr göstərib.

Sonda Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu dünyanın müxtəlif dillərində çap olunan “Kitabi Dədə Qorqud” kitabının təqdimatını keçirib.

Abşeronda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib
Abşeronda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib
Abşeronda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib
Abşeronda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib