Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda işgüzar forum keçirilib

Tarix:22-04-2016, 18:09

Abşeronda işgüzar forum keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi və sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum aprelin 22-də Abşeron rayonunda yerləşən Heydər Əliyev Məkəzində keçirilib. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev, Abşeron rayonunun kənd və qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatların verilməsi, Abşeronda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Tədbirdə ilk önçə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra SKMF-nin baş məsləhçisi məsləhətçisi Elnur Abbasov hazırladığı təqdimatda Fond tərəfindən rayonda prioritet hesab olunan təsərrüfatların yaradılmasındn danışıb.

Toplantıda çıxış edən İ.Gülməmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Abşeron rayonunda sahibkarlığın daha da inkişafı üçün hər cür şəraitin yaradıldığını, bunun nəticəsində bir neçə müəssisənin fəaliyyətə başladığını qeyd edən İ.Gülməmmədova vurğulayıb ki, rayonda əhali sayının surətlə artması yeni-yeni sahibkarlıq istiqamətlərinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.

Daha sonra SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması, 700-ə yaxın yeni iş yerinin yaradılması mümkündür.

Forum çərçivəsində prioritet hesab olunan plastik qapı-pəncərə, üzlük daş və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli layihələrin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi qeyd edilib. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sonda çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Şamo

Abşeronda işgüzar forum keçirilib

Abşeronda işgüzar forum keçirilib

Abşeronda işgüzar forum keçirilib

Abşeronda işgüzar forum keçirilib

Abşeronda işgüzar forum keçirilib

Abşeronda işgüzar forum keçirilib

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir