Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronlu gənclər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyini qeyd ediblər

Tarix:5-05-2016, 19:25

Abşeronlu gənclər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyini qeyd ediblər
Abşeron rayon Heydər Əliyev Mərkəzində YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin və Abşeron rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş yığıncaq keçirilib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüblər.Daha sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqmətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır".
E.Hümbətov onu da söyləyib ki,təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Abşeron rayon gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.

Daha sonra çıxış edən Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova qeyd edib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəklşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Dahi Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".

Tədbirdə rayon təhsil şöbəsinin tarix üzrə metodisti Zərifə Cəbiyeva,Mehdiabad 3 saylı məktəbin tarix müəllimi İlqar Rüstəmov,rayonun fəal gənclərindən Şamo Əliyev,Rəşad Baxşəliyev və başqaları çıxış edərək dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğulayıblar. Çıxış edənlər qeyd ediblər ki, hər bir xalqın, millətin tarixində önəmli günlər, yadda qalan tarixlər var. Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü - 10 may Azərbaycan xalqının tarixinə əbədi yazılan bir gündür. Hər bir azərbaycanlı, Yeni Azərbaycan Partiyasının üzvü olan insanlar daima Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq olacaqlar, Onun siyasi kursunun davam etdirilməsində öz xidmətlərini göstərəcəklər.

Abşeronlu gənclər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyini qeyd ediblər
Abşeronlu gənclər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyini qeyd ediblər
Abşeronlu gənclər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyini qeyd ediblər

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir